Azərbaycanlı nazir qızının Fransa həyatı – Baninin nadir kadrları ilk dəfə AzTV-də
Milli Televiziya Günündə AzTV-də yeni layihə təqdimatı olacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan "Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanacaq.
Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.
Verilişdə milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu işıqlandırılıb.
Layihə komandası Baninin ədəbi varisi, dostu, tələbəsi ilə görüşüb, onun arxivini qoruyan ingilis zadəgan ailəsinin qonağı olub.Yaradıcı heyət Baninin şəxsi arxivini qoruyan şəxsləri Parisin 400 km cənubunda - Herbernak qəsəbəsində tapıb. Verilişdə onun arxivi, heç vaxt görünməyən foto və videoları yayımlanacaq.
Bundan başqa, "Yüz ilin adamları”nda Baninin hələ sovet vaxtı Azərbaycanla əlaqələrini qurmasına vasitəçilik edən diplomat Ramiz Abutalıbovun da müsahibəsi yer alıb.
Sovet hakimiyyətinin Azərbaycanı işğal etməsindən sonra Əsədullayevlər ailəsi milyonlarını itirib, onlar Avropaya köçmək məcburiyyətində qalıblar. Bununla da Baninin mühacirət həyatı başlayıb. Parisdə yaşayan Banin gah katibə, gah dayə, gah model kimi çalışıb. O, dünyada model kimi çalışan ilk azərbaycanlı olub.
Daha sonra fransızca ilk kitabını çap edərək məşhurlaşıb. Vətəndən uzaqda yaşamasına baxmayaraq Baninin yaradıcılığında Azərbaycan adət-ənənələri, tarixi həqiqətlər əks olunub.
Verilişdə Baninin şəxsi həyatı, evlilikləri, yaradıcı fəaliyyəti ilə yanaşı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq cəhdlərindən, ermənilərlə mübarizəsindən danışılacaq, maraqlı faktlar təqdim olunacaq.
Məşhur yazıçı Ernst Yüngerlə Banin haqqında çəkilən filmin kadrarxası görüntüləri də ilk dəfə "Yüz ilin adamları”nda geniş auditoriyaya təqdim olunacaq.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Brand media”nın istehsal etdiyi veriliş fevralın 14-ü saat 22:00-da Hüseyn Cavadzadənin təqdimatında AzTV-də yayımlanacaq.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT, SOSİAL
Tanınnış müğənnidən Prezidentin doğum gününə hədiyyə - VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
GÜNDƏM, MƏDƏNİYYƏT
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT, SOSİAL
Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb
-
MƏDƏNİYYƏT
Şair Yafəs Türksəs vəfat etdi
-
MƏDƏNİYYƏT
“Vətən müharibəsinin memarı” kitabı işıq üzü gördü