Bakıda FAO Baş Direktorunun iştirakı ilə “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans keçirilir
06 May 2022, 14:52
06 May
2022
14:52
536
Bu gün Gülüstan sarayında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyu, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco, 14 ölkənin rəsmiləri, eləcə də 11 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxsləri iştirak edir.
Tədbiri giriş sözü ilə açan İnam Kərimov bildirib ki, COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır: "Bu çağırışlar ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoyub. FAO-nun "Hand in Hand”, "Tarladan süfrəyə”, "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”.
Azərbaycanın regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu deyən nazir əlavə edib ki, əsas hədəf iqtisadiyyatı şaxələndirməklə milli ərzaq təhlükəsizliyi sistemini inkişaf etdirməkdir: "Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Bu dəyişiklik həm də bizə iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir. Biz həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə edirik. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə ağıllı kənd layihələrini həyata keçirməklə FAO-nun "1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi veririk”.
Konfransda çıxış edən FAO-nun Baş Direktoru Qu Dongyu ərzaq təhlükəsizliyi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələrinə toxunub. Qu Donqyu bildirib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması vacibdir: "Biz rəqəmsal texnologiyaların geniş tətbiqi ilə kənd təsərrüfatı sahəsinin üzləşdiyi riskləri minimuma endirə, məhsuldarlığı artıra bilərik”.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco isə qeyd edib ki, rəqəmsallaşma prosesi öz növbəsində yeni çağırışlar formalaşdırır. Rəqəmsal texnologiyaların tətbiqi aqrobiznes dəyər zəncirinin formasını dəyişdirməklə istehsal proseslərinin səmərəliliyiynə, iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verəcək. Bununla yanaşı, dinamik inkişaf edən rəqəmsal texnologiyaların xüsusiyyətləri nəzərə alınmaqla mövcud çağırışlara uyğun olaraq məhsul istehsalı prosesində ənənəvi üsullara, yeni potensialların müəyyənləşdirilməsinə elmi prinsiplər əsasında baxılmalıdır.
Kənd təsərrüfatı sahəsini Azərbaycan iqtisadiyyatının ən strateji sahələrindən biri olduğunu deyən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, bu gün rəqəmsal kənd təsərrüfatına keçid təkcə kənd təsərrüfatı sektoru, gələcək ərzaq bazarı və istehlakın təkamülü üçün həlledici addım deyil, həm də ekoloji aspektlərlə əlaqəli davamlı və inklüziv kənd təsərrüfatına yol açır: "Suya qənaət edən texnologiyalardan istifadə və kənd təsərrüfatı torpaqlarının və otlaqların səmərəli idarə edilməsi iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün həlledici əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış, "ağıllı kənd” və "yaşıl kənd təsərrüfatı” yanaşmalarının tətbiqi ölkənin ərzaq təhlükəsizliyi hədəflərinə birbaşa töhfə verəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə "Yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı hazırlayıb. Bu proqram ətraf mühitə mənfi təsirlərin yumşaldılması, istixana qazlarının azaldılması, aqrobağların salınması, su, torpaq və meşə ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunması, akvakulturanın və orqanik kənd təsərrüfatının inkişafına dəstək verilməsi, institusional potensialın gücləndirilməsini nəzərdə tutur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində görülən işlərdən danışıb. Qoşqar Təhməzli vurğulayıb ki, bütün dünyada olduğu kimi Azərbaycanda da qida təhlükəsizliyi sahəsində rəqəmsal həllərin tətbiqi yeni imkanlar yaradır. Bu sahədə ənənəvi nəzarət sisteminin müasir texnologiyalar, rəqəmsal və innovativ həllərlə əvəzlənməsi daha effektiv sistemin qurulmasında mühüm rol oynayır.
Çıxışlardan sonra Azərbaycanda davamlı və inklüziv kənd təsərrüfatı sistemlərinin inkişafını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra FAO-nun Baş iqtisadçısı Maximo Torero "Aqroərzaq sistemlərinin davamlı transformasiyası üçün rəqəmsal texnologiyalar”, Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov "Elektron kənd təsərrüfatı - kənd təsərrüfatı sistemlərinin rəqəmsallaşdırılması üzrə Azərbaycan təcrübəsi” mövzularında təqdimat keçirib.
Təqdimatlardan sonra konfrans iştirakçıları xatirə fotosu çəkdiriblər.
Daha sonra kənd təsərrüfatı naziri İnam Kərimov və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyu arasında görüş keçirilib. Görüşdə ölkəmizdə kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğu qeyd olunub. Aqrar sahənin inkişafının prioritet olduğu vurğulanıb, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi və bu istiqamətdə aparılan islahatlar diqqətə çatdırılıb. Görüşdə həmçinin, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Konfrans çərçivəsində Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın mövcud potensiala uyğun olaraq daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Konfrans işini panel sessiyalarla davam etdirir.
7News.Az
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub