Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”

01 İyul 2022, 10:58
01 İyul
2022
10:58
106
Ekspertin deməsindən belə aydın olur ki, Vaşinqton enerji məsələlərinə deyil, "daxili vəziyyətə” daha çox nüfuz etmək istəyindədir
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Vaşinqtonda yaşayan azərbaycan əsilli jurnalist Aleks Raufoğlu "Turan”a müsahibəsində bu mümkün təyinatı şərh edib.
O deyib ki, Mark Libbi İraq, Kipr kimi fərqli qaynar siyasi nöqtələrdə xidmət etmiş, eləcə də Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə çalışmış peşəkar diplomatdır: "Lakin həmkarlarının təbirincə, onun ən çətin diplomatik vəzifəsi, yəqin ki, 2018-ci ilin ortalarından Brüsseldə Tramp administrasiyasını təmsil etməsi olub və bu işi səliqə ilə bacarıb. Hər halda, prezident Co Baydenin andiçmə mərasiminin ardından ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərlik ona həvalə olundu. Ötən yay Brüsseldəki fəaliyyətini başa vuraraq, Vaşinqtona qayıdıb və buradakı Milli Müharibə Kollecində dərs deyir”.
"Niyə məhz Mark Libbi? Onun Azərbaycana səfir kimi göndərilməsində hansı siyasi mənalar axtarmaq olar” sualına isə belə cavab verib: "İlk növbədə bu seçim ondan xəbər verir ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə müəyyən ardıcıllığın qorunmasında maraqlıdır. Üç il bundan öncə ABŞ hökuməti karyera diplomatı Litzenbergeri Azərbaycana göndərməklə bir dönüşə imza atmışdı.
Xatırlayırsınızsa, ondan əvvəlki 3 səfirin rezyümesində əsasən enerji təcrübəsi göz qamaşdırırdısa, Lee Litzenberger tamamilə başqa səmtdən - hərbi-siyasi bürodan gəlirdi, üstəlik, Brüssel təcrübəsinə malik idi. Cənab Libbinin diplomatik portreti də sələfininkinə çox uyğun gəlir. Xüsusilə Bayden Administrasiyasının Şərqi Avropa, Balkanlar və Qafqaz strategiyalarının uzlaşdırılmasında son aylar Brüsselə verdiyi önəmi nəzərə alsaq, səfir Libbinin təcrübəsindən Azərbaycanda təyinatı üzrə istifadə oluna bilər. Mən ötən ilin yazında dövlət katibi Blinkenin Avropaya səfərlərindən birinin ardından səfir Libbinin ABŞ-Avropa gənc peşəkarları qarşısında bir çıxışını yaxından izləmişdim. Təxminən 10 dəqiqəlik çıxışın əksər hissəsini o, dəyərlərə və dəyərlər əsasında münasibətlərin inkişafına həsr etmişdi. Ümumi mesaj təxminən ondan ibarət idi ki, dəyərlər üzərində möhkəmlənən münasibətlər ölkələri və xaqları bir-birinə sıx bağlamaqla, ən etibarlı və uzunmüddətli əməkdaşlığı şərtləndirir. ABŞ-Azərbaycan münasibətləri çoxdandır belə yanaşma tərzinə susayıb... Təcrübə sübut edib ki, karyera diplomatlarından fərqli olaraq, enerji profilli səfirlər - əlbəttə ki, müəyyən istisnalar hər zaman olur - fəaliyyətləri dövründə məsələn, insan haqları kimi mövzularda ictimai çıxışlardan, o cümlədən müstəqil media və müxalifət liderləri ilə birbaşa təmaslardan çəkiniblər. Bakını tərk etdikdən sonra isə öz ölkələrində Azərbaycan hakimiyyətinin neft-qaz siyasətinə lobbiçilik etməyi üstün tutublar, bununla da onlar ABŞ xalqının Azərbaycanla dəyərlərə söykənən uzunmüddətli əməkdaşlıq maraqlarını, özlərinin, belə demək mümkünsə, fərdi yanaşmalarına qurban veriblər. Sualınıza qayıdaraq, bir amili də vurğulamaq istərdim ki, son dövrlər Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatlarında Bakıdakı səfirliyin, xüsusilə də səfirin siyasi məhbuslar, azadlıqlar və təhlükəsizlik kimi mövzularda hökumətlə davamlı təmaslarının nəticələrinə tez-tez istinad edilir. Belə təmasların qorunub gücləndirilməsi vacibdir. Hətta ən böhranlı anlarda belə... Hər iki sahədə cənab Libbinin təcrübəsi ümumi işə ciddi töhfə qata bilər. Xüsusilə də nəzərə aldıqda ki, Birləşmiş Ştatlar Azərbaycanla bağlı hazırkı siyasətində "proqnozlaşdırıla bilinmə”nin tərəfdarıdır".
Yeni səfir təyinatı hələ bir müddət çəksə də, aydındır ki, Ağ Ev seçimini edib. Ekspertin deməsindən belə aydın olur ki, ABŞ enerji məsələlərini deyil, "daxili vəziyyətə” daha çox nüfuz etmək istəyindədir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu namizədliyi müsbət sayır: "Mark Libbinin namizədliyinin Azərbaycanda fəaliyyət göstərəcək səfir kimi irəli sürülməsi hesab edirəm ki, Baydenin strateji anlamda düşündüyü və verdiyi vacib qərarlardan biridir. Bunun isə bir çox səbəbləri var. Əvvəla, Libbinin həm də akademik təcrübəsi var. Onun məlum namizədliyə qədər Milli Müharibə Kollecində müəllim kimi çalışması da dediklərimə dəlalət edir. Yəni Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir və dünya siyasətində söz sahibi olan hazırki liderlərin, eyni zamanda böyük diplomatların tərcümeyi halına nəzər salsaq görərik ki, söylədiyim məqam karyera tramplinində olduqca vacib əhəmiyyətə malikdir. İkincisi, Bayden inauqurasiyadan dərhal sonra ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərliyi Libbiyə həvalə edib. Səbəb isə heç şübhəsiz ciddi etimad və güvən olub. Ən nəhayət, Mark Libbi Kipr və İraq kimi kritik nöqtələrdə xidmət göstərib və həmin xidmət müddətində vəziyyəti idarə etmək, balans tapmaq, hər gün dəyişən diplomatik duruma uyğun qərarlar vermək təbii ki, bu işə məsul insandan böyük istedad, təcrübə tələb edib. Düşünürəm ki, Mark Libbi kimi peşəkar diplomatın namizədliyinin irəli sürülməsi yaxşı haldır. Üstəlik, hər iki ölkə üçün yaxşı haldır”.

Siyasi analitik Asif Nərimanlı burada Türkiyə ilə paralellik apardı: "ABŞ-ın enerji profilli səfir təcrübəsini dəyişdirməsi Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı ola bilər. Artıq bu layihə işləyir, hərçənd Rusiya ilə qarşıdurmadan sonra Avropanın enerji təhlükəsizliyinin daha da aktuallaşması və Azərbaycanın bu prosesdə açar ölkələrdən biri kimi qəbul edilməsi fonunda bu dəyişiklik də diqqət çəkir. Təbii ki, yeni səfir də enerji məsələlərini prioritet olaraq görəcək, xüsusilə Transxəzər layihəsinin aktual olması baxımından. Lakin Mark Libbinin namizədliyinin irəli sürülməsinə bir neçə kontekstdə baxmaq mümkündür: birincisi, onun Brüssel təcrübəsinə sahib olmasıdır. Vaşinqtonun Cənubi Qafqazda Avropa İttifaqı üzərindən hərəkət etmək istəyi görünür. Qarabağ məsələsinin həllindən sonra bu daha qabarıq şəkildə ortaya çıxdı. Mümkündür ki, ABŞ eyni xətti davam etdirmək məqsədilə belə təyinata gedir. İkincisi, yeni səfir namizədin ”daxili məsələyə" daha çox diqqət yetirərsə, ki, bunu fəaliyyətə başladıqdan sonra daha aydın görə biləcəyik, bu, Vaşinqtonun böyük strategiyasında taktiki gedişli olaraq qiymətləndirilə bilər. Fikrimcə, Ukraynada sonra əsas qarşıdurma cəbhələrindən biri Cənubi Qafqaz olacaq, hətta bu prosesin başlandığını da deyə bilərik və burada toqquşan tərəflər təkcə ABŞ-Rusiya yox, həm də ABŞ-Çindir. Çinin "Bir kəmər bir yol” layihəsinin ən aktual marşrutu olan orta dəhlizi Azərbaycan üzərindən keçir, Zəngəzur dəhlizi də bu layihənin kompenentlərindən biridir. ABŞ başda olmaqla, Qərb dəhlizin "yol məntiqi” ilə açılmasında maraqlıdır, çünki Rusiyanın burada təsir gücünün olmasını istəmirlər, lakin son proseslər, xüsusilə Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə səfəri Brüssel razılaşmasının arxa plana keçdiyini, "dəhliz məntiqinin” önə çıxdığını göstərir. Bu, Çinin də bölgədə aktivləşməsinin önünü aça bilər. Bu gözləntilər fonunda Vaşinqtonun Bakının "daxili işlərinə” mümkün müdaxiləsi də təzyiq məqsədi daşımasına hesablanmış addımı ola bilər. Burada Türkiyədə 2023-cü il seçkiləri də xüsusi qeyd olunmalıdır. Türkiyə daxilindəki proseslər göstərir ki, AKP-nin seçki ilə iqtidardan getməsi planları dövriyyədədir. Türkiyədə post-Ərdoğan dövrünə hazırlaşanlar Azərbaycanda da eyni prosesin həyata keçirilməsində, ən azı Bakı və Ankaranın türk coğrafiyası üzərindəki planlarının ABŞ-ın maraqlarına uyğunlaşdırılmasında maraqlıdır. İstisna deyil ki, Türkiyə daxilində gözlənilən proseslər Azərbaycanda da həyata keçirilsin. Bu kontekstdə yeni səfirin "daxili məsələlərə” nə qədər diqqət ayıracağı önəmli məqam olacaq".
Xəbər lenti
-
15:04Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
17:09Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
17:09Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
-
15:47Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
13:57Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"
-
13:53“YAY FEST” YARADICI GƏNCLƏRİ BİR ARAYA TOPLADI
-
11:49SON DƏQİQƏ: Qeyri-qanuni erməni silahlıları mövqelərimizi atəşə tutdu, ŞƏHİDİMİZ var - RƏSMİ
-
11:10Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh
-
11:07Agentliyin BP Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub
-
17:45Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir - RƏY
-
14:30“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın yekun tədbiri keçirilib - FOTOLAR
-
13:40KONFUTS ATASINA QARŞI…
-
13:21Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR
-
15:46Zirvəyə açılan qapı – SkyHome yaşayış kompleksi!
-
11:521 avqust – Əlifba və Dil Bayramı günümüz - QƏNİRƏ PAŞAYEVA YAZIR
-
16:43“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib
-
13:20Deputat Şahlıq kəndində seçicilərlə görüşüb
-
13:17Lerik rayonunda kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib
-
13:13Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!
-
13:01İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlib keçirilib - FOTO
-
11:07“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub
-
09:53Adil Əliyev: Vətəndaşlarla sıx təmas, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır
-
09:49Deputat Ramil Həsən seçiciləri qəbul edib -FOTO
-
18:54Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb
-
18:23Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN
-
17:13Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”
-
11:16“Siyasi partiyalar haqqında” yeni qanun...
-
10:49Əli Nağıyev: “Xüsusi xidmət orqanları tərəfindən hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq”
-
16:11İlk dəfə 300-dək hüquqşünas tələbənin iştirakı ilə 1 aylıq Yay Məktəbi təşkil olunur
-
19:56“Azərbaycan-Türkiyə Müəllimlərinin Yay Düşərgəsi”ndə mədəniyyət gecəsi keçirilib
-
18:21Gənclər dini radikalizm və ekstremizmə “yox” deyir-İGİB layihəsini yekunlaşdırıb - FOTOLAR
-
16:57Hüquqşunaslarla bağlı iş elanı: VAKANT YERLƏRİN SİYAHISI
-
22:20MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirilib
-
23:34Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb
-
20:25Azərbaycan-Gürcüstan münasibətlərinin 30 illiyi ilə bağlı konfrans keçirilib
-
19:54Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə tədbir keçirilib
-
16:46Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib - FOTOLAR
-
16:37"Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü başa çatıb
-
13:46ƏN BÖYÜK GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞLADI
-
12:15Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş tədbir keçirilib
06 Avqust 2022
03 Avqust 2022
02 Avqust 2022
01 Avqust 2022
30 İyul 2022
29 İyul 2022
28 İyul 2022
27 İyul 2022
26 İyul 2022
25 İyul 2022
23 İyul 2022
22 İyul 2022
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
SİYASƏT
Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
GÜNDƏM, SİYASƏT
Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
SİYASƏT
Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"
-
GÜNDƏM, SİYASƏT
Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh
-
GÜNDƏM, SİYASƏT
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir - RƏY
-
SİYASƏT
“Siyasi partiyalar haqqında” yeni qanun...
-
SİYASƏT
İranın Azərbaycandakı səfiri israilli həmkarını ölümlə təhdid edib
-
MANŞET, SİYASƏT
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak edib - YENİLƏNİB