Baş katib: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik"

Baş katib:

"Biz qətiyyətlə inanırıq ki, Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasına ehtiyac var. Təbii ki, bütün bu proseslər doğru məcrada inkişaf etməkdədir. Ən mühim məsələlərdən biri də zorakılığa gətirib çıxaran xatirələrdən qaçmaq lazımdır".

7NEWS.Az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bütün bu məsələlər diplomatik şəkildə həll edilməlidir. NATO heç bir tərəf tutmur. Belə ki, biz Azərbaycanı dəyərli tərəfdaşımız kimi görürük, eləcə də Ermənistanı görürük. Biz iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”, - Baş katib bildirib.

Xəbər lenti