Bərdə Regional Mədəniyyət İdarəsində KİV-nin nümayəndələri ilə görüş keçirilib

13 May 2022, 19:33
13 May
2022
19:33
53
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
Çıxış edən Regional İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.
Keçmiş Sovetlər İttifaqı dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxladığını, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başladığını diqqətə çatdıran regional idarənin rəisi vurğulayıb ki, məhz bu dövrdə ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Vəsilə Möhsümova qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.
Regional idarənin rəisi Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu, həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Prezidentin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri görüşün əhəmiyyətini qeyd edərək bildiriblər ki, belə görüşlər KİV nümayəndələri ilə regional idarənin əməkdaşlığını artıraraq onlar arasında əhəmiyyətli körpü rolunu oynayacaqdır. Onlar, həmçinin çıxışlarında Bərdə Regional Mədəniyyət İdarəsinin, onun fəaliyyətinin işıqlandırılması zamanı dövlət və milli maraqları daim diqqətdə saxlayaraq, bundan sonra da öz vəzifələrini layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.
Sonda KİV nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklif və tövsiyələri dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.
Xəbər lenti
-
20:00MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
-
19:23Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
-
18:31Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub - YENİLƏNİB
-
18:18Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
-
18:06Peru Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
-
17:43Nərimanovda yeni yaşam tərzi başlayır – “City Garden Narimanov”!
-
11:19Bakıda "Texnofest" festivalı başlayıb
-
11:13Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
-
10:38Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
-
19:21Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
-
19:18Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
-
16:13Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO
-
16:05Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
10:47Zəngəzur dəhlizi tezliklə reallaşacaq - TƏHLİL
-
00:00Böyük Britaniyada meymun çiçəyinə yoluxanların sayı 56-ya çatıb
-
20:09Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
18:25Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
18:22İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
-
18:04İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
-
17:28MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
15:51Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
15:28“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
14:14“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
13:49"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
09:55“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
23:50Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
23:07“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
17:28“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev
-
16:17Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
-
17:17Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
-
17:09Elşən Musayev: “Siyasi dialoq demokratik sistemin əsas komponentlərindəndir” - VİDEO
-
15:49Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)
-
15:10Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib
-
11:14Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür - ŞƏRH
-
09:19Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
-
21:57QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
-
20:10Cozef Bayden İlham Əliyevi təbrik edib
-
19:09Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
-
17:57Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib
-
17:35Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
26 May 2022
25 May 2022
24 May 2022
23 May 2022
21 May 2022
20 May 2022
Digər xəbərlər
-
SOSİAL
MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
-
SOSİAL
Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
-
GÜNDƏM, SOSİAL
Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
-
SOSİAL
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
-
GÜNDƏM, SOSİAL
Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO
-
MANŞET, SOSİAL, SİYASƏT
Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
SOSİAL
MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
SOSİAL
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
SOSİAL
“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir