Bəs yazın gəlməsi şeir deyilmi - Ramiz Göylər yazır

29 Aprel 2022, 15:51
29 Aprel
2022
15:51
144
Şair İbrahim İlyaslının "Şeirdən ucalıqumma dünyada”adlı poeziya yaradıcılığını əhatə edən məruzəsi ətrafında düşüncələr
Deyirlər ki, İNSAN, bitkilərdən və heyvanlardan sonra Tanrının yaratdığı canlılari arasında ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verdi. Xalq şairi Ramiz Rövşənin ifadə etdiyi kimi:
İlahi, nə yaman əliaçıqsan,
bir quru nəfəsi az bildin mənə.
Yarpaqladı, çiçəklədi nəfəsim,
İlahi dil verdin, söz verdin mənə.
Beləliklə, Hələlik Tanrının yaratdıqları varlıqlar içində ən alisi insandır. Belə də deyirlər ki, Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı.
Mövlanə Məhəmməd Füzuli sözun tərifini belə ifadə edirdi:
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?
Bəli böyük Füzuli demiş bəs "by nə sirrdir ki, olur hər ləhzə yoxdan var söz”?
Əslində söz hələ təklikdə elə bir məna kəsb eləmir, hikmət deyil. Sözün hikməti, onun qüdrəti sözlə yanaşı bir yerdə qoşa çəkiləndə izhar olur. Sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının qüdrəti sayəsində öz məqamına yüksəlir. Elə ona görə də Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını dəyişə biər.
Əksinə bir tikanlı söz, bir bənd kəsərli şeir insanı öldürə bilər. Diriykən ölü edər.
Şairə Adilə Nəzər üçün də söz hər şeydir: söz sirdir, sehrdir, gövhərdir, dürrdür, azadlıqdır, hürrdür:
Sehr sözdə olur, sirr sözdə olur,
Ən qiymətli gövhər, dürr sözdə olur.
Bu qəfəs dünyada, hürr sözdə olur,
Sözə əsir düşüb, azad çıxmışam.
Bəs şeir nədir, necə yaranır, kim yaradır?
Fikrimcə şeirin tarixi elə bəşəriyyətin tarixi qədərdir və Tanrı insana danışmaq qabiliyyəti verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir.
Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz qoşan,(görünür qoşma sözü də elə bu ifadədən yaranıb) söz adamı, şair, şeir yazan demişlər. Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.Və təsadüfi deyil ki, bütün zamanlarda şairlər cəmiyyətin ən mötəbər, ən nüfuzlu və hörmət sahibi üzvləri olmuşlar.
Professor Rafiq Yusifoğlu "Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər” məqaləsində şeirdən və şairlərdən söhbət açarkən Peyğəmbərimizin kəlamlarına istinad edir: "Şeir söz kimidir. Yaxşısı yaxşı söz kimi, pisi pis söz kimidir”. (Həzrəti Məhəmməd Peyğəmbər).
Nə qədər sadə və heyrətamiz bir ifadə! Və o da sirr deyil ki, Peyğəmbərimizə də Müqəddəs Kitabımız Quran nəzmlə diqtə olunub.
Şeir haqqında Böyük Mirzə Fətəli Axundovun da maraqlı fikirləri vardır. O deyirdi: "Şeir oxucuda ən ülvi hisslər oyatmalıdır. Əgər şeir bu hissləri oyatmaq gücündə deyilsə, o sadəcə qafiyə qoşmaqdan başqa bir şey deyildir”. Böyük mütəfəkkir həmçinin deyirdi: ”Hərçənd ki, şeir nəzmlə yazılır,amma hər nəzm şeir deyildir”.
Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.
Şeir də, insan ana bətnindən doğulan kimi doğulur. Beləliklə, şeir Tanrının şairlər vasitəsilə öz bəndələrinə ünvanladığı pıçıltıları-dualarıdır. Şeir ancaq şairlərin ifadə edə bildiyi hikmətdir. Şeir təbiətin yaratdığı əsrarəngiz gözəlliklərdir. Körpə təbəssümüdür şeir, yarpaq pıçıltısı, bulaq zümzüməsidir. Qartalın baxışıdır şeir, göy qurultusu, şimşək nərəsi, şəlalənin səsi, dağ çayının qıjıltısıdır. Şeir həm də qeyri-adi bir aləmdir. Sən onun orbitinə düşdünsə, bu orbitdən çıxa bilməyəcəksən. Çünki onun xislətində elə bir cazibə qüvvəsi var ki, səni özunə çəkməkdə davam edəcək və heç vaxt özündən kənar etməyəcəkdir. Və Ay Yer ətrafında dövrə vurduğu kimi sən də elə şeirin ətrafında dövrə vuracaqsan. Sonsuzluğadək. Və sən onun ətrafında dövrə vurduqca durulacaqsan, təmizlənəcəksən, paklaşacaqsan , ağappaq qar kimi, ülviləşəcəksən,ən gözəl dualar kimi. Yaxşılıqlara, xeyirxahlıqlara, ən xoş əməllərə köklənəcəksən. Dünya birləşəcək, bütövləşəcək sənin üçün. O dünya, bu dünya olmayacaq, elə bir dünya olacaq. Həyatsa əbədi.
Və çox qəribədir analar övladlarını ən çox gecə dünyaya gətirdiyi kim, şeirlər də şairlər tərəfindən gecələr dünyaya gətirilir. Bu da bir müəmma, bir hikmətdir.
Yaradıcılığını araşdırdığım çağdaş poeziyamızın ünlü xanım nümayəndələrindən bir olan Cığatel xanıma görə "şeir pıçıltıyla gəlir, göydən,"mələklərin qanadında” və sinənə dolaraq muncuq kimi ağ varaqların üzərinə səpələnir”. Bəli, şeir Allahın mələklər vasitəsilə şairlərə göndərilən pıçıltılardır və şair də haqq adamıdır. Bu pıçıltıları haqqa tapınan insan deyə bilər:
Şair haqqın kalamı, şair haqqın mirzəsi,
Kimsə eşidə bilməz şair eşidən səsi.
Mənim şeir yazmağım Allahın möcüzəsi,
Mələklər pıçıldayır, qulağıma söz deyir,
Mən şeir yazmıram ki, şeir məni yaz deyir.
Və ya
Şair İbrahim İlyaslıdan bircə bənd:
Mənim vecsiz dünyanın bir kəsiylə işim yox,
Mən haqqa tapınmışam-mənim Allah varımdı.
Mən yazanlar şeir yox, Tanrının möcüzəsi –
Ağaca, daşa, suya, oda məktublarımdı!
Çox qəribədir. Müxtəlif zamanlarda, iki fərqli şair tərəfindən yazılmış bu iki bənd şeir onlara göydən gəlməyibsə, Allahın möcüzəsi deyilsə. bəs onu necə adlandıraq? Akif Səmədsə şeir yazmağını görün necə ifadə edir:
Yamacdan dərilirəm,
Yay kimi gərilirəm.
Mən ölüb-dirilirəm,
Qardaş, mən şeir yazmıram.
Tanrı şeiri hərəyə bir cür diqtə edir. Kİmə qəzəl, kimə qoşma, kimə gəraylı, kimə rübai, kimə müxəmməs, kimə də satira formasında.
Şeyx Nizami Gəncəvi poeziyanın dili ilə Xəmsəni yaradaraq, dünya poeziya xəzinəsini zənginləşdirməklə, doqquz əsrdir ki, bu əsərləri ilə dünyanın poeziya bilicilərini heyrətləndirməkdədir.
Mövlana Məhəmməd Füzuli "Leyli və Məcnun” poemasını yaratmaqla qəzəlin dili ilə şərqin ən möhtəşəm məhəbbət əsərini yaratdı.
Seyyid İmadəddin Nəsim "Həqq mənəm, həqq məndədir, həqq söylərəm”- deyərək qəzəlin dili ilə insanı ali məqama ucaltdı.
Bir əlyazması qalmamış, bütün külliyatı tarımar olmuş Molla Pənah Vaqifin qoşma və müxəmməsləri sözün qüdrəti nəticəsində zərb məsəllərə çevrilib dildən -dilə gəzərək zamanın sərhədlərini aşmaqdadır.
Mirzə Ələkbər Sabirin satirası yüz ildir ki, öz aktuallığnı itirmədən bu gün də zamanla səsləşməkdədi.
Tanrınının verdiyi fitri istedad və vergi sayəsində yazmaq-oxumaq biməyən Aşıq Ələsgər öz qoşmalarını, gəraylılarını, dödaqdəyməzlərini, dildönməzlərini, təcnislərini yaratmaqla əslində aşıq şeirinin mğcüzələrini və bütövlükdə sistemini yaratmış oldu.
Qəribədir! Müqəddəs kitabları oxuyanda insan nə qədər mənən zənginləşirsə, saflaşırsa, şeir də elədir. Onu, oxuduqca, yazdıqca durulursan, bəyazlaşırsan, paklaşırsan. Dediklərimə Xalq Şairi Nəriman Həsənzadənin bircə bəndini misal gətirmək istəyirəm:
Şeir yazdığım gün məğrur oluram,
İlham ki, xəfifcə sinəmə dolur,
Bir şeh damlasıtək büllur oluram,
Dünya dünyada yox, məndə əks olur.
Akif Səməd də eynən Nəriman Həsənzadə kimi deyirdi:
Bir qarışqa yuvasına dən daşıyıram,
Saçaqlanar, sünbüllənər barmaqlarım da.
Neçə əsri birdən-birə mən yaşayıram,
Hadi, Müşfiq qəbir tapar barmaqlarımda.
Ancaq "Şair olmaq həm də zülümdür”. (İbrahim İlyaslı) Böyük şairimiz Səməd Vurğun deyirdi:
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Xalq Şairi Zəlimxan Yaqub öz sələfinin hikmətini davam edirərək:
Şair dağ çayıdır başı bəlalı,
Başını o daşa,bu daşa çırpar .
Olmaqçün xalqının dərdindən halı,
Başını tarixə, yaddaşa çırpar.
Ancaq şeir təkcə insanın duyğularını riqqətə gətirmir. O həm də tikandır, neştərdir, nizədir. Batanda çıxmaq bilmir. Şairlər zaman-zaman şeriləri ilə dövrününü bütün eybəcərliklərini, ağrı və əzablarını aləmə car eləməklə sözdən silah kimi , qamçı kimi, süngü, güllə kimi istifadə etmişlər. Yenə də Zəlimxan Yaquba istinad etməli oldum:
Ovu quşun caynağından saldırar,
Hökmü ilə çay dayanar, sal durar.
Söz yıxanı Tanrı çətin qaldırar,
Şillə sözdü,yumruq sözdü, pəncə söz.
Elə buna görə də onların boynu vurulmuş, dərisi soyulmuş, güllələnmiş, zindanlara atılmış, sürgünlərə göndərilmişdir. Əli köməyə, sözü ünvana çatmayanda gücləri özlərinə çatır şairlərin. Xalq şairi Vahid Əziz demiş:
Gedəcəyəm göylər məni çağırır.
Daha yerdə qalmaq olmur əzizim.
Mərhum şairimiz Məmməd Dəmirçioğlu deyirdi:
Üzü göyə bir qəribəm, gəlibdi Karvan gedirəm.
Şeir onu duyan, hətta bəzən onu duymayan insana belə güclü təsir edir.
Doğrudur hələ 850 il bündan öncə oğlu Məhəmmədə xitabən Şeyx Nizami deyirdi;
Şeirdən ucalıq umma dünyada,
Bil ki, Nizamiylə qurtardı o da...
Lakin bu Böyük Dahidən 850 il sonra onun əksinə olaraq Xalq şairi Hüseyn Arif sanki Nizamiyə xitabən:
"Neçə ki, həyat var şeir də vardır”... deməklə şeirin və təbii ki, onu ifadə edən şairin əbədiyyətəcən mövcud olacğı bir gerçəkliyin möhrünü vurmuş oldu.
Və budur yaz gəlir... "Bəs yazın gəlməsi şeir deyilmi”?...
Deməli yeni şairlər və yeni şeirlər yaranacaq.
Ramiz Göylər ,
AYB-nin üzvü
Xəbər lenti
-
10:39“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
-
01:00"RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ
-
14:42“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA
-
13:22Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib
-
12:20Gündəlik 13 manata mənzil sahibi ola bilərsiniz – Xəzər İnşaat
-
10:58Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”
-
10:29Deputat Çiyni kəndində seçicilərlə görüşüb
-
16:56Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
-
16:52Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb
-
16:16Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
-
14:28Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
-
21:39Vüsal Quliyev: Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram
-
12:32Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
-
15:48“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
MƏDƏNİYYƏT
Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
MƏDƏNİYYƏT
Bakıda "Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu" keçiriləcək
-
MƏDƏNİYYƏT
Bərdə Regional Mədəniyyət İdarəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirir
-
MƏDƏNİYYƏT
Bərdədə “Şuşa İli” çərçivəsində tədbir keçirilib
-
MƏDƏNİYYƏT
Qənirə Paşayevanın dəstəyi ilə rəssam Rövşən Bayramovun fərdi sərgisi keçirilib
-
MƏDƏNİYYƏT, SOSİAL
Qənirə Paşayeva “Texnofest"də “Hər uşaq bir çinardır” layihəsinin təqdimat mərasimində çıxış edib
-
MƏDƏNİYYƏT, SOSİAL
Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə sərgi keçirilib
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib