“Beynəlxalq aləm erməni vəhşiliyinə reaksiya verməlidir.” – PARTİYA SƏDRİ

“Beynəlxalq aləm erməni vəhşiliyinə reaksiya verməlidir.” – PARTİYA SƏDRİ
"Ermənistan törətdiyi təxribatlarla heç nəyə nail ola bilməyəcək. Əksinə, bütün dünyada daha da biabır olacaq, özünü daha da rüsvay edəcək.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Son proseslər də göstərir ki, vandallıq, namərdlik ermənilərin canındadır, ruhundadır və onlar hər fürsətdə öz  şərəfsiz əməllərini davam etdirirlər. Əsirlərə verilən işgəncələr və idman yarışında bayrağımızın yandırılması da həmin qəbildəndir.

Beynəlxalq aləm erməni vəhşiliyinə reaksiya verməlidir. Bütün günahkarlar cəzalanmalıdır. Tez bir zamanda. Başqa alternativ yoxdur.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti