Beynəlxalq aləmə inteqrasiya xarici siyasətin prioritet istiqamətini təşkil edir - TƏHLİL
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası dünya birliyinə inteqrasiyanı özünün prioritetlərindən biri olaraq gördü. Respublikamız müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Qoşulmama Hərəkatı və çoxlu sayda digər təşkilatlara üzv olmağı qarşısına məqsəd qoydu və məqsədinə çatmağa nail olmağı bacardı.
Regional intqerasiya, mahiyyətinə görə, obyektiv və kortəbii baş verən bir proses olsa da, məqsədlərinə görə, dövlətlərin düşünülmüş şəkildə həyata keçirdiyi və tənzimlənən qarşılıqlı fəaliyyət növü hesab olunur. Bu prosesin kortəbiiliyi onunla ölçülür ki, eyni bir regionda yerləşən oxşar intisadi, sosial və siyasi yönümü olan dövlətlərin milli təsərrüfat və bazar sistemləri getdikcə bir-birindən asılı vəziyyətə düşür, onlar arxasında beynəlxalq əmək bölgüsü dərinləşir və milli sərhədlər ümumi inkişaf yolunda maneəyə çevrilir. Öz ölkələrinin sosial-iqtisadi inkişafını təmin etməyi qarşısına məqsəd qoyan dövlətlər məcburiyyət qarşısında bu kortəbii və obyektiv proseslərə müvafiq olaraq müdaxilə edir, müəyyən ümumi razılığa gəlir, hamı üçün məqbul hesab edilən qaydalar yaradır və bu qaydalara nəzarət edən dövlətlərarası institutlar təsis edirlər. Beləliklə, kortəbii başlanan regional inteqrasiya prosesi dövlətlərin və dövlətlərarası təşkilatların idarəsinə alınır və tənzimlənir.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.
Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zəruri edir. Xatırladaq ki, sözügedən məsələdə Azərbaycanın Avratlantik Tərəfdaşlıq Şurası, "Sülh naminə tərəfdaşlıq Proqramı” çərçivəsində NATO ilə əməkdaşlığı daha çox diqqət çəkir. Bu, ölkəmizin Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulmasında rolunu artırmaqla bərabər, həm də separatizmə, terrora, dövlət və xalqların təhlükəsizliyinə qarşı birgə mübarizədə rolunu da gücləndirir.
Azərbaycanın Aİ-nin "Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, respublikamızla bu qurum arasında "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Memorandumun imzalanması, 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanaraq, bu mötəbər təşkilata qeyri-daimi üzv qəbul olunması da ölkəmizin dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsində önəmli rol oynamışdır.
BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında da Azərbaycanın mövqeyi kifayət qədər möhkəmdir. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub. 100-dən artıq ölkənin təmsil olunduğu qurumda Azərbaycan öz fəallığı ilə seçilir, təşkilat daxilindəki siyasi məsləhətləşmələrdə fəal iştirak edir, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi üçün təkliflər irəli sürür. Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasından qısa müddət sonra Hərəkatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qərarlar qurum üzvlərinin təşkilatın məqsəd və prinsiplərinə bağlılığını, həmçinin ölkəmizin diplomatik uğurunu göstərən əlamətdar haldır.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da fəal rol oynayır. Qurumun Bakıda tədbirləri, nazirlər səviyyəsində toplantıları keçirilir. Təsadüfi deyil ki, təşkilat Ermənistanı işğalçı dövlət kimi tanıyıb, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ildəki Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupunun yaradılması Azərbaycanın növbəti diplomatik uğurudur. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları isə ölkəmizin İslam aləmindəki mövqeyini və nüfuzunu daha da möhkəmləndirəcək.
Eyni zamanda, Azərbaycan Avroatlantik məkana inteqrasiyasını, Avropa təşkilatlarında fəal iştirakını davam etdirir. Məlum olduğu kimi, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan 2014-cü ildə 6 ay müddətində bu təşkilatın Nazirlər Şurasına sədrlik edib. Ümumiyyətlə, Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqları, qanunun aliliyi və demokratiyaya daim güclü dəstək verərək, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizəyə, qaçqınların və məcburi köçkünlərin, miqrantların, uşaq hüquqlarının müdafiəsinə ciddi diqqət yetirir, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə, siyasi islahatların davam etdirilməsinə öz dəstəyini verir.
Azərbaycan üzvü olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və digər qurumlarda da fəal rol oynayır. Ölkəmiz həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir.
Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Həyata keçirilən çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib.
Amil Qurbanov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.6
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
Digər xəbərlər
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı