Binəqədi rayonunda Azərbaycan Respublikasi Prezidenti tərəfindən təltif edilmiş şəxslərə medalların təqdimedilməsi mərasimi keçirildi
27 İyun 2021, 09:19
27 İyun
2021
09:19
762
26 iyun 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasi Silahli Qüvvələrinin Yaranmasinin 103-cü ildönümü və Vətən müharibəsi zamani Azərbaycan Respublikasi ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəhid olmuş, xəsarət almış və Azərbaycan Respublikasi Prezidenti tərəfindən təltif edilmiş şəxslərə orden, medal və onların vəsiqələrinin (ölümündən sonra təltif olunanlarin ailə üzvlərinə) təqdim edilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şəhid ailələri və vətən müharibəsi iştirakçıları, qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin üzvləri Madər Musayev, Azay Quliyev, Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, Binəqədi rayon hüquq-mühafizə orqanlarının, rayon Gənclər və İdman İdarəsinin, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbər şəxsləri, ictimai birlik rəhbərləri iştirak edirdirlər.
Tədbir Azərbaycan Respublikasının Himninin səsləndirilməsi və Vətən müharibəsi dövründə ordumuzun şücaətini əks etdirən və Azərbaycan Respublikası Prezidetinin xalqa müraciət kadrlarından ibarət video-çarxla başlandı.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev şəhid ailələrini, qaziləri, Vətən müharibəsi iştirakçılarını salamlayaraq Milli Ordumuzun yaranmasının 103-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, "Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdur. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün böyük tədbirlər görmüşdür. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülüb və görülür. 44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə bunu bir daha sübut etdi.
Daha sonra çıxış edən millət vəkili Azay Quliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan xalqının milli qürur günlərindən biridir. İgid oğullarımız torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşdular. Cəsur zabit və əsgərlərimiz Azərbaycan tarixinin şanlı qəhrəmanlıq salnaməsini yazdılar. Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikri söyləyərək- "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır" – bu fikrin hər bir kəsi qürurlandığını bildirdi. Biz ordumuzla fəxr etmişik, fəxr edirik, fəxr edəcəyik.
Daha sonra idarə rəisi polkovnik-leytenant Nicat Həsənov öz çıxışında - Azərbaycan Ordusunun şanlı tarixindən geniş məlumat verərək 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın nəhayət ki, ölkəmiz qarşısında diz çökdüyünü, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbənin Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdiyini bildirdi. Həmçinin əlavə etdi ki, biz ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla fəxr edirik.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərncamlarına əsasən ölümündən sonra təltif edilən şəhidlərimizin ailə üzvlərinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu. Mükafatlandırma bitdikdən sonra şəhid ailələrinin, qazilərin və döyüşçülərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirildi. Müraciətdə deyilirdi: "Möhtərəm cənab Prezident! Bu əlamətdar gündə Şəhidlərimizin ölməz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayır və Sizi əmin edirik ki, biz şəhid ailələri, qazilər və döyüşçülər Sizin bütün işlərinizi dəstəkləyir və Sizinlə bir yerdə olduğumuzu bəyan edirik.”
Sonda tədbirin bədii hissəsində 3 saylı tam orta məktəbin şagirdi Leyla Məlikova Rahil Məmmədin "Qələbə Müjdəsi” adlı şeirini və rayonun gənci Aydan İlxaszadə "Zəfər paradı” adlı mahnını ifa etdilər.
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək