Bizə Emin Əmrullayev kimi nazir lazımdırmı? - Anar Yusifoğlu yazır
22 Dekabr 2021, 14:49
22 Dekabr
2021
14:49
729
Mən kənd məktəbində oxumuşam. Kimsədən müəllim və ya məktəb üçün pul tələb edilmədiyi yerdə. Hətta ali məktəbə şagirdləri hazırlayan müəllimlər də buna görə pul ummurdu.
1991-ci ildən taleyimizi bağladığımız Bakıda yaşayıram. İki övladım orta məktəbi bitirib, biri məktəblidir. Təbi ki, hamı kimi müəllim günündə, ad günündə, 8 martda büdcəmdən vəsait ayırmışam. Hələ fond pulunu demirəm…
Problem budurmu? Kimisə bu pulu verməyə məcbur edirlərmi? Verməsən nə olacaq ki? Uzaqbaşı valideynlər səni xəsis adlandıracaq. Vəssalam!
Problem təkcə məktəbdə deyil, həm də bizdədi. Yol polisi içkili saxlayanda pulu ilk biz təklif edirik, qaydanı pozanda da. JEK-dən arayış istəyəndə şirinlik veririk. Deməli, günah həm də bizdədi.
Məktəblərə yardım oluna bilərmi?
Bu sual iki gündür sosial şəbəkədən səslənir. Sinif rəhbərinin ad günü, 8 mart, müəllimlər günü, fond pulu.
Bəli, Emin Əmrullayev yalan danışmaq istəmədi. "Nəyi düz ifadə etmədi” sualı ilə Emin müəllimin çıxışını izlədim və çıxışda sosial şəbəkədə yazılanları tapa bilmədim. Əvəzində nəyi tapdım? Nazir dedi ki, "Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir”. Burda "məktəblərdə rüşvət olmalıdır” sözü varmı?
Bir məmur jurnalistləri yığıb onları nağıllarına inandırır, başqası isə səmimiyyətindən irəli gələrək yalan danışmır, buna görə də linç olunur.
Nazir şəffaf olmaq məsələsini qabardır. Bunun nəyi pisdir? Razıyam, bəlkə nazir deməliydi ki, valideyn məktəbə könüllü ianə edə bilər! Bilməz ki? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində açıq qeyd olunur ki, "Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir”.
Burda sual oluna bilər ki, icbari təhsil pulsuz olsa da? Amma söhbət təhsildən getmir. Bir çox ölkələrdə belə nümunələr var. İmkanlı vətəndaşlar məktəblərə yardım edir. Amma o yardımlar rəsmi şəkildə olmalıdır. Kiminsə cibinə yox, məktəbin büdcəsinə daxil olmalıdır.
Bəs təhsil naziri Emin Əmrullayev nəyi demək istədi? Şəffaflıq deyəndə nəyi nəzərdə tutdu? Bunu bilmək üçün videonu tam, kontekstdən çıxarmadan izləmək lazımdır.
Nazir bizə və vətəndaşa yalan danışmaq istəmədi.
Təkzib də edə bilərdi. Təkzib etsəydi, indiki söyüşlər, yalan xəbərlər olacaqdımı? Əsla! Bu problemi təhsilə Emin Əmirullayev gətiribmi? Rektorluqdan nazirliyə gələn hörmətli Misir Mərdanovun dövründə belə problemlər daha çox idi. Amma o, qətiyyətlə təkzib edirdi. Hətta verilişə "Toyota” markalı avtomobildə gəlsə də, eyni markalı avtomobil almaq arzusunu dilə gətirməkdən çəkinmirdi.
Əslində, məni düşündürən sual başqadır. Bizə səmimi nazir lazımdırmı?
Emin Əmrullayev səmimi nazirdir, müasirdir, xaricdə təhsil alıb və kimin nə deməsindən asılı olmayaraq, onu təmiz məmur sayıram.
Emin Əmrullayev uğurlu kadrdır, amma məktəblərimiz onun düşüncəsindəki kimi şəffafdırmı?
Təhsil naziri fərqli davranış nümayiş etdirir. Canlı yayımlar təşkil edir, feysbukda vətəndaşları dinləyir, şikayətlərə biganə qalmır. Bunun nəyi pisdir ki?
Emin Əmrullayev kimi nazirlər çox olduqca problemlər də azalacaq. Yetər ki, biz problem yaratmayaq…
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək