BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyində olub
 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüş keçirilib.

Agentliyin mətbuat xidmətindən 7NEWS.Az-a bildiriblər ki, görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva Azərbaycanın BMT və onun bir sıra orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn öhdəliklərin icrası istiqamətində vətəndaş cəmiyyəti institutları mühüm rol oynayır. İcraçı direktor, eyni zamanda, BMT-nin Azərbaycanda fəaliyyət göstərən qurumları vasitəsilə yerli QHT-lərə ayrılan layihələrin şəffaflıq meyarları və onlar üçün yaradılan bərabərhüquqlu müsabiqə şərtləri barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ilə müzakirə aparıb.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək Agentliyin yeni təyin olunan icraçı direktoru Aygün Əliyevanı təbrik edib. O vurğulayıb ki, "Dayanıqlı İnkişaf Məqsədləri 2030 Gündəliyi”nə nail olmaq istiqamətində vacib amil olan vətəndaş cəmiyyətinin inkişafında BMT və Agentlik yaxından əməkdaşlıq edə bilər.

Sonra Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Günel Səfərova və İlqar Orucov tərəfindən BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumlarının QHT Agentliyi ilə birgə yerli qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələrinin təşkili, Bakıda və regionlarda "QHT Evləri”nin/QHT tədris mərkəzlərinin yaradılması, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində QHT-lər tərəfindən fəaliyyətlərin icrası, BMT-nin müvafiq qurumu və yerli QHT-lərin birgə təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək "Böyük Qayıdış” prosesi istiqamətində layihələrin icrası və BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında əməkdaşlığın bütün sahələrini əhatə edən Anlaşma Memorandumunun imzalanması məsələləri qonaqlarla müzakirə olunub.

Sonda qonaqları maraqlandıran suallara cavab verilib və Agentlik ilə BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumları arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.

 


Xəbər lenti