BMT-nin baş katibi Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb

BMT-nin baş katibi Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb.

ShushaPost.az-ın məlumatına görə, bu barədə A.Quterreşin mətbuat katibinin BMT-nin baş katibi adından verdiyi bəyanatda deyilir.

Bəyanatda bildirilir: "[Baş katib] həmsədrlərin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə addımlar atmağa və siyasi iradə göstərməyə çağırır".

Xəbər lenti