“Brüssel görüşləri dünya güclərinin Azərbaycanın yaratdığı reallığı qəbul etdiyini təsdiqlədi”
"Son bir ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə, Sammitlərə, Zirvə Toplantılarına diqqət yetirsək bu reallığı görərik ki, keçirilən məkanlar fərqli olsa da diqqətin yönəldildiyi ünvan dəyişməzdir - Azərbaycan. Bu, qalib Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsində bütün sahələrdə təcrübəsi ilə nümunə olması, eyni zamanda, mövqeyinin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanması, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurması ilə bağlıdır. Azərbaycanın xarici siyasəti çoxşaxəli və açıqdır. Bu baxımdan qeyd edə bilərik ki, həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən 44 günlük Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır, onlar zamana və məkana görə deyil, vahid mexanizm əsasında tətbiq edilməlidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın artıq diktə edən tərəf kimi çıxış etməsi regionda və dünya siyasətində yeniliklərə yol açıb. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya mətbuatının da əsas müzakirə mövzularındandır”.
7NEWS.Az xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlət başçısının Brüssel səfəri Avropa İttifaqının və NATO-nun Azərbaycana dəstəyini aydın şəkildə göstərdi:
"Ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlər, eyni zamanda, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı bəyanatında əksini tapan müddəalar ümumilikdə ölkəmizin mövqeyini əks etdirir: "NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirmişdir ki, ilk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır və qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. Avropa İttifaqı Şurasının Prezidenti qurumun Cənubi Qafqazda geosiyasi baxımdan daha da aktivləşmək niyyətini açıqlayaraq üçtərəfli görüşün nəticəsinə dair bəyanatında münasibətlərin gələcək inkişafına xidmət edəcək məqamları qeyd etmişdir. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da qurumun dəstəyi öz əksini tapıb. Birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə etməklə yanaşı, bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib”.
YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının Sammitində çıxışına, həmçinin İspaniyanın "El Pais" qəzetinə müsahibəsinə yönəldərək bildirib ki, Brüssel səfəri həm mahiyyət, həm keçirilən görüşlərin tərkibi, həm də Prezident İlham Əliyevin həqiqətləri bu və ya digər ölkənin media orqanı vasitəsilə dünya ictimaiyyətinə çatdırılması istəyinin reallaşdırılması baxımından diqqətçəkən və əhəmiyyətlidir:
"Soçi görüşü, daha sonra Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı, dekabrın 15-də isə Şərq Tərəfdaşlığının VI Sammiti Azərbaycanın yeni reallıqlar fonunda beynəlxalq imicinə, yerinə və roluna, güclənən mövqeyinə işıq saldı. Ölkə Prezidenti Sammitdə bir daha bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühit hökm sürür. Bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsi vacibdir. Biz gələcəyə baxmalıyıq. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib”.
Azərbaycanın hələ münaqişənin həllini tapmadığı dövrlərdə məsələnin həlli üçün bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə etmək niyyətini açıqladığını önə çəkən Vüqar Rəhimzadə vurğulayıb ki, təəssüflər olsun həmin dövrdə bəzi nüfuzlu beynəlxalq təşkilatlar Aərbaycanın ədalətli mövqeyini özündə əks etdirən qərar və qətnamələr qəbul etsələr də konkret məqam yetişəndə gözləmə mövqeyində dayanmağa üstünlük verirdilər:
"Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edirdi. Beynəlxalq hüququn işləmədiyi dünyada hansısa məsələyə ədalətli yanaşma inandırıcı görünə bilməzdi. Azərbaycan belə bir dünyanın mövcudluğu fonunda 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibəni aparıb, ərazilərimizi işğaldan azad edib. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya güclərinin və nüfuzlu beynəlxalq təşkilatların bugünkü fəallıqları 30 ilə yaxın işğal dövründə nümayiş olunsaydı, Ermənistana beynəlxalq təzyiq güclənsəydi, 44 günlük İkinci Qarabağ savaşı yaşanmazdı:
"Ölkə Prezidentinin də vurğuladığı kimi, əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən, ərazi iddialarından çəkinməlidir. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin səyləri müsbət nəticə verə bilər.
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bugünün reallıqları bir məqamı da açıqlayır ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb”.
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
Digər xəbərlər
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”