Brüssel görüşü İrəvanda təlaş yaratdı...

09 Aprel 2022, 12:28
09 Aprel
2022
12:28
201
7NEWS.az Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşü beynəlxalq, regional və yerli medianın gündəliyində özünəxas mövqedədir. Bu, Brüssel Sülh Gündəliyinin təşəkkülü, müəyyənləşməsi və perspektiv vəd etməsi ilə sıx bağlıdır. Və həmin Gündəlik İlham Əliyevlə Şarl Mişelin ortaq əsəridir. Paşinyan isə həmmüəllif yox, iştirakçıdır.
Bu formatda ilk üçtərəfli görüş ötən il - dekabrın 14-də keçirilmişdi. Nəticə etibarilə, Azərbaycan Prezidenti və Aİ Şurasının Prezidenti tərəfindən Brüssel Sülh Gündəliyi formalaşdırılmışdır. Əgər qarşılıqlı güvən, perspektivə inam və imza qədər etibar qazanmış sözlər olmasaydı, 14 dekabr 14 dekabrda, Brüssel Brüsseldə qalacaqdı. İndi isə obrazlı desək, dekabr aprelə, Brüssel bütün regiona daşınıb... Yəni Brüssel Sülh Gündəliyi öz işlək mexanizmlərini doğurmaqdadır.
Budur, 6 apreldə üçtərəfli əsasda 5 saata yaxın davam edən görüş 14 dekabrın təsbiti, keçən müddətin analizi və bundan sonranın yol xəritəsini cızdı.
Görüşün nəticəsi olaraq Şarl Mişelin verdiyi Bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh Müqaviləsi üzrə danışıqlar başlayır. İki ölkənin xarici işlər nazirliklərinə uyğun təlimat verildi. Bu, məhz Azərbaycan Respublikasının irəli sürdüyü məlum 5 maddəlik təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasını ifadə edir. Və sənəddə bizimçün ən əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Bəyanatda Ermənistanla Azərbaycanın sərhəd məsələləri üzrə birgə komissiya yaratması, ilk növbədə delimitasiya prosesinə başlaması yönündə razılığın əldə olunduğu ifadə edilirdi. Təbii ki, delimitasiyanın nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi sənəddə təsdiq olunur.
Ayrıca, nəqliyyat- kommunikasiya xətləri də təsdiq olunur, dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.
Sənəddə "Dağlıq Qarabağ" ifadəsi və haqlı olaraq "keçmişin qalığı" sayılan "Minsk Qrupu həmsədrlik institutu"na birmənalı istinad yoxdur.
Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm, format yaranır. Aydındır ki, bunun məqsədi ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasıdır. Doğrudur, belə bir normallaşdırma bütün regiona, Azərbaycana, qonşularımıza, dostlarımıza da lazımdır, lakin bu ilk növbədə Ermənistana lazımdır.
Uğursuz dövlətin hərbi-siyasi rəhbərliyi bu doğruları nə qədər tez idrak və qəbul etsə, bu, ilk növbdədə onların özü üçün faydalı olacaq. Sülh prosesini sabotaj etməksə, ilk növbədə Ermənistanın öz dövlətçiliyinə, sabitliyinə və iqtisadiyyatına təsir edəcək. İndi gedişat elədir ki, Ermənistan öz rəhbərinin imzasına sayğı duysa da, duymasa da, Paşinyan Brüssel razılaşmasına sadiq qalsa da, qalmasa da, Ermənistan çox təsirlənəcək. Buyursunlar, ya irəli dursunlar ya geri. Yerində saymaq olmaz...
Xəbər lenti
-
10:39“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
-
01:00"RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ
-
14:42“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA
-
13:22Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib
-
12:20Gündəlik 13 manata mənzil sahibi ola bilərsiniz – Xəzər İnşaat
-
10:58Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”
-
10:29Deputat Çiyni kəndində seçicilərlə görüşüb
-
16:56Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
-
16:52Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb
-
16:16Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
-
14:28Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
-
21:39Vüsal Quliyev: Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram
-
12:32Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
-
15:48“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022