“Bu addım Amerika dövlətinin maraqlarına xidmət etmir” – Elşən Musayev

“Bu addım Amerika dövlətinin maraqlarına xidmət etmir” – Elşən Musayev
"Co Baydenin saxta soyqırımla bağlı işlətdiyi ifadə heç bir halda qəbul edilən deyil və həqiqətlərə söykənmir. Ermənilər bütün vəhşilikləri zaman-zaman, tarixin müxtəlif mərhələlərində məhz özləri törədiblər və məlum faktı Amerika dövləti, onun rəhbəri də görməzdən keçməməlidir” –7News.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Amerika Prezidenti Co Baydenin ikinci dəfə "soyqırım” ifadəsini işlətməsinə münasibət bildirərkən söyləyib.

"Həmin iddiaların üzərindən 1 əsrdən çox zaman keçib, bu barədə geniş miqyaslı araşdırmalar aparılıb. Bütün araşdırmaların sonunda da müəyyən edilib ki, 1915-ci ildə Anadoluda misilsiz vəhşilikləri ermənilər törədib, bölgədəki təxribatların səbəbkarları və icraçıları ermənilər olub. Hətta bir neçə il bundan öncə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan belə bir təklif irəli sürdü ki, bütün arxivlər yenidən açılsın və bu mövzu qlobal şəkildə tarixçilər tərəfindən araşdırılsın. Amma qarşı tərəf bu təklifdən imtina etdi. Ermənilər məlum ideya və təşəbbüslə razılaşmadılar. Bilirsinizmi niyə? Çünki anlayırdılar ki, iflasa uğrayacaqlar, növbəti dəfə biabır olacaqlar. Çünki ermənilərin soyqırım iddiası iftira və nağıldan savayı heç nə deyil.

Çox təəssüf edirəm ki, Co Bayden növbəti dəfə "soyqırım” ifadəsini işlətdi. Bu addım Amerika dövlətinin maraqlarına xidmət etmir” – deyə  millət vəkili fikirlərinə davam edib.

Xəbər lenti