“Bu faktor ölkəmizim turizm imicinə ciddi zərbə vurur” – “MyTravel” ŞİRKƏRİNİN RƏHBƏRİ

“Bu faktor ölkəmizim turizm imicinə ciddi zərbə vurur” – “MyTravel” ŞİRKƏRİNİN RƏHBƏRİ

"Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib.”

Bu sözləri 7NEWS.az saytına açıqlamasında "MyTravel” turizm şirkətinin rəhbəri, turizm üzrə ekspert Elnarə Cabbarova son illərdə ölkəmizdə bu sahədə aparılan islahatları şərh edərkən deyib: "2002-ci ildə ölkə iqtisadiyyatı ölkəmizə gələn turistlərdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəlib.Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə 2011-ci ilin "Turizm ili” elan edildi. Həm yay həm də qış turizminə böyük diqqət ayrıldı. 2012-ci ilin və 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünya və Avropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10% səviyyəsində müşahidə olundu. Stabilliyi ilə turistlər üçün təhlükəsiz məkana çevrilən Azərbaycanda 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artdı. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəldi. 2017-ci ilin birinci yarısının statistik göstəricilərinə əsasən Azərbaycana 1 milyon 200 minə yaxın turist səfər edib. Bütün bunlara baxmayaraq bu sahədə ciddi boşluqlar da var. Bir çox turizm şirkətləri Yaxın Şərqdən, Ərəb ölkələrindən gələn turist axınına görə fırıldaq metodlardan istifadə edirlər. Bu proses kompleks şəklində, taksi şoferindən tutmuş otel rəhbərliyinə qədər yüksələn xətt üzrə "inkişaf” edir. Bu da sonucda ölkəmizim turizm imicinə ciddi zərbə vurur. Bu mənada hesab edirm turizm sahəsi ilə sadəcə bu sahənin peşəkarları məşğul olmalıdırlar”

7NEWS.az

Xəbər lenti