Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

28 Mart 2023, 11:38
28 Mart
2023
11:38
88
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Artıq 26 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.
Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.
Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyəsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb. Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Ulu öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.
Ulu öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində mühüm işlər görüb. Onun bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatlar həyata keçirilib, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylər göstərilib. Dahi rəhbər xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verib. Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyənləşdirdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.
Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyev deyirdi: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”.
Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.
Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.
Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını artıq unudulmaz hisslərlə - Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var. Müharibənin nəticələrinin təhlili və əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatı, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olub.
Müharibənin başa çatmasından sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyətlərini uğurla davam etdirirlər. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və həmin mərasimin davamı olaraq, məşhur Cıdır düzündə DTX-nin Mədəniyyət mərkəzi tərəfindən 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş edib.
2021-ci ilin martında DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsi, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkili üçün davamlı olaraq yaradılan yüksək şərait, eləcə də müasir maddi-texniki təminat və təchizat Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının növbəti təzahürü olub.
Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülüb. Eyni zamanda, son zamanlar İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətdə kəsərli tədbirlər görülür.
DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş "Görünməyən qəhrəmanlar” adlı sənədli film çəkilib. Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən "Azərbaycan təhlükəsizlik orqanları - 100 il. Təhlükəsizlik tariximizin səhifələrindən (1919-2019)” adlı kitab işıq üzü görüb.
Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.
Əminliklə demək olar ki, Azərbaycanın milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək. Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan milli təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayırıq.
Xəbər lenti
-
18:10Laçındakı müharibə iştirakçılarının xatirə kompleksini kim dağıdıb?
-
12:16Yeni Türk Əsrinin qədəmləri mübarək! - LALƏ AZƏRTAŞ YAZIR
-
21:47“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
-
11:23“İlham Əliyev Moskvada Paşinyanı olduqca mükəmməl arqumentlərlə susdurdu”– Elşən Musayev
-
11:20Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023” keçirilib
-
14:51“Müstəqillik bir dövlətin ən böyük sərvətidir” – Elşən Musayev
-
12:14İki erməni diversant saxlanıldı, təxribatın qarşısı alındı - RƏSMİ
-
17:08“Şampan” dövrü bitdi: QHT Agentliyini şantaj edənlər nə istəyir?
-
13:02“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL
-
11:09QHT Agentliyi "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qaliblərini elan etdi - SİYAHI
-
11:07QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qaliblərini elan etdi - SİYAHI
-
11:05QHT Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərini elan etdi - SİYAHI
-
10:58Xilaskar və qurucu Lider!
-
17:14Yağış altında rəqsi ilə diqqət çəkən müğənni kimdir? - Video
-
12:2428 may - gen yaddaşımıza həkk olunmuş mübarək gün!
-
21:43“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda keçilən təlim proqramı yekunlaşıb
-
19:49SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
18:13“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb
-
18:03"Bu fikirlər həqiqəti əks etdirmir və böhtan xarakterlidir" - AÇIQLAMA
-
14:45"Bəli, Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisinə Qarabağ da daxildir" - Paşinyan
-
11:05“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:26"Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi Olimpiada ideya oğurluğudur " - FAKTLAR DANIŞIR
-
00:027NEWS.az saytı 9 yaşını qeyd edir
-
18:05“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL
-
13:30Ulu Öndərə həsr edilən Gənclər Festivalı keçirilib
-
12:46“İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi” - TƏHLİL
-
18:29Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
-
18:03“Nemezis” abidəsinin sökülməsi ilə bağlı Ermənistana təzyiqlər gücləndirilməlidir
-
14:31Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub
-
12:39Bakıda 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
-
21:57"Müstəqil həyata sağlam inteqrasiya” layihəsi uğurla yekunlaşıb
-
14:17Sabah Bakıda XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi öz işinə başlayır
-
09:41Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa ediliblər - VİDEO
-
09:54"KHUR Side" restoranında şəhid analarına diqqət davam edir - ANALAR GÜNÜNDƏ
-
11:21Brüsseldə İlham Əliyev və Şarl Mişel arasında ikitərəfli görüş başlayıb - YENİLƏNİB + VİDEO
-
17:12Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirinə start verildi - MİNGƏÇEVİRDƏ
-
19:12“Azərbaycan deyəndə…” adlı Gənclər Konfransı keçirilib
-
17:12Nazir Məcnun Məmmədov Göyçayda vətəndaşları qəbul edib
-
16:57Mingəçevir Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalandı
-
14:26QHT sədri: Əfv Sərəncamı humanizmin, inamın və etimadın göstəricisidir
31 May 2023
30 May 2023
29 May 2023
28 May 2023
27 May 2023
26 May 2023
25 May 2023
23 May 2023
22 May 2023
20 May 2023
19 May 2023
18 May 2023
17 May 2023
16 May 2023
15 May 2023
14 May 2023
13 May 2023
12 May 2023
11 May 2023
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
-
MANŞET, SOSİAL
Əgər söhbət Heydər Əliyevdən gedirsə...
-
MANŞET, SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
-
MANŞET, SOSİAL
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib
-
MANŞET, SOSİAL
Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olundu - FOTO
-
MANŞET, SOSİAL
Əli Hüseynli: "İnam Kərimovun yüksək hüquqi təhsili, alim kimi elmi fəaliyyəti və dövlətçiliyə xidmətləri var"
-
MANŞET, SOSİAL
Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
MANŞET, SOSİAL
Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
GÜNDƏM, MANŞET, SOSİAL
“Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib - VYANADA