Bu günlərdə qardaş Türkiyəyə mənəvi və humanitar dəstək Azərbaycan dövlətinin və xalqının ən ümdə vəzifəsinə çevrilib
Əli Hüseynli
Milli Məclisin deputatı
Hazırda bütün dünyanın və medianın diqqəti fevralın 6-dan başlayaraq Türkiyədə baş verən dəhşətli zəlzələnin yaratdığı təbii fəlakət mövzusuna yönəlib. Fəlakətin miqyası həddindən artıq böyükdür. Rəsmi məlumatlara görə, dağıntılar altında 200 minə qədər isan qalıb. Həlak olanların sayı on minlərlə ölşülür, 80 mindən çox yaralı var. Həyatını itirən insanların sayının anbaan artması ilə bağlı xəbərlər çox üzücüdür.
Qardaş ölkənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu gündə də əvvəlki illərdə baş vermiş zəlzələllər və meşə yanğınları zamanında olduğu kimi, həmrəylik münasibətlərinə sədaqətini nümayiş etdirməkdə davam edir. Prezident İlham Əliyevin tapşırığına əsasən təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Humanitar yardım kampaniyasında pərakəndəliyi aradan qaldırmaq məqsədilə bu istiqamətdə görülən işlər Prezident Administrasiyasının xüsusi nəzarəti altındadır. Xatırladaq ki, baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar bir neçə gün ərzində Azərbaycandan Türkiyəyə 8 təyyarə və 30-dək iri tonnajlı yük avtomobilli vasitəsilə humanitar yardım çatdırılıb, 1 milyon manatdan çox maddı yardım edilib. Fevralın 20-dək hər gün Azərbaycandan Türkiyəyə humanitar yardım təyyarəsi göndərilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu ilk gündən bu kampaniyaya qoşulmuş, lazımi yardımlar və pul vəsaiti zəlzələ bölgəsinə çatdırılır. Fondun yardımları mütəmadi olaraq davam etməkdədir.
Azərbaycanın bütün dövlət qurumları öz imkanları çərçivəsində yardım kampaniyasında yaxından iştirak edirlər. Milli Məclisin deputat korpusu, aparatının və işlər idarəsinin əməkdaşları da bu istiqamətdə öz töhfəsini verməkdədir. Artıq parlament rəhbərliyinin təşəbbüsü ilə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə fəlakət bölgəsinə 40 ədəd generator göndərilib.
FHN-nin xilasedici dəstələri, hərbi həkimlərimiz ən ağır və həyat üçün təhlükəli ərazilərdə, ekstremal şəraitdə gecə-gündüz əzmlə çalışmaqda, dağıntılar altında sağ qalan insanların və yaralıların həyatlarını xilas etməkdədirlər. Təqdirəlayiqdir ki, zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi” adlı platforma yaradıblar. Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ bölgəsinə gedən çoxsaylı Azərbaycan könüllülərinin bu işdə xüsusi fəallıq nümayiş etdirməsi isə iki qardaş ölkənin gəncləri arasında formalaşmış həmrəylik münasibətlərinə xüsusi töhfədir.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhəri və Yevlax rayonunda yaşayan sakinlər də Türkiyədəki zəlzələ nəticəsində zəzər çəkənlərə humanitar yardım kampaniyasında fəallıq nümayiş etdirirlər. Operativliyi təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən Mingəçevir və Yevlax şəhərlərində, habelə Xaldan kəndində fasiləsiz fəaliyyət göstərən xüsusi məntəqələr təşkil olunmuşdur. Humanitar yardım qida məhsullarından, zəruri isti geyim əşyalarından, generatortlardan, qızdırıcılardan, ərzaq və dərman ləvazimatlarından ibarətdir. Könüllü olaraq yardım fonduna pul vəsaitinin köçürülməsi fasiləsiz davam edir. Bu proses getdikcə daha geniş miqyas almaqdadır.
Baş vermiş ağır təbii fəlakətin ağrı-acısı fonunda bir pozitiv reallıq ondan ibarətdir ki, azərbaycan xalqı hər zaman xoş gündə olduğu kimi, dar gündə də qardaş türk xalqının yanındadır və bu sədaqət nümunəsi ən dəyərli milli xüsusiyyətlərimizdən irəli gəlir.
Türkiyənin dövlət və hökumət başçıları, Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycan dövlətinin və xalqının belə ağır məqamda nümayiş etdirdiyi həmrəylik və qardaşlıq münasibəti çox yüksək dəyərləndirilir. Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından sağ çıxarılmış sadə türk vətəndaşının ilk olaraq Prezident İlham Əliyevə səmimi salamı və təşəkkürü dahi Heydər Əliyevin ifadə etdiyi "iki dövlət, bir millət” ideyası üzərində təşəkkül tapan və bir-birindən ayrı təsəvvür olunmayan bu iki xalqın xoşbəxt gələcəyinin əlamətidir.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...