"Bu memorandum regiona yeni iqtisadi nəfəs verəcək" - DEPUTAT (ÖZƏL)

Martın 11-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandum imzalandı. 

Məsələ ilə bağlı 7NEWS.az-a açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, bu Anlaşma Memorandumu qlobal əhəmiyyətə malik tarixi sənəddir. 

"Bu anlaşma tarixi əhəmiyyətə malik olmaqla bərabər, eyni zamanda, iqtisadi-siyasi və strateji cəhətdən də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü və qüvvətli gələcəyi dəqiq və sərrastlıqla görə bilən qabiliyyəti, eyni zamanda, Azərbaycan dövlətlərinin milli marağını hər şeydən üstün tutması və regiona sabitliyin, sülhün gələ bilməsi ilə bağlı qətiyyətli şəkildə addımlar atması bu layihənin uğurlu şəkildə qonşu İran islam respublikası ilə bərabər keçirilməsi üçün mükəmməl bir təməl olmuşdur. Bu memorandum, həm də, iqtisadi-siyasi, strateji cəhətdən önəmli olmaqla bərabər Azərbaycanın 44 günlük Vətən savaşında dəmir yumruqla başını əzərək darmadağın etmiş olduğu Ermənistana da mükəmməl bir dərs olmuşdur. Bu memorandum regiona yeni iqtisadi nəfəs verəcək. Ermənistan yenidən regionun mühüm iqtisadi layihəsindən kənarda qaldı."

Xəbər lenti