“Bu yaramaz gədədən hər şey gözləmək olar!” – Deputatdan Əli Kərimliyə sərt sözlər...

“Bu yaramaz gədədən hər şey gözləmək olar!” – Deputatdan Əli Kərimliyə sərt sözlər...
"Hazırki vəziyyətdə Ermənistanı Azərbaycandan üstün tutmaq, Ermənistanı Azərbaycandan daha uğurlu ölkə hesab etmək ləyaqətsizliyin, nakişiliyin, mənəviyyatsızlığın ən son həddidir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin "facebook” statusuna münasibət bildirərkən söyləyib.

"Adam nə qədər kor, nə qədər həyasız olmalıdır ki, belə şey yaza bilsin? Əli Kərimli görmürmü ki, öz mənsub olduğu dövlətin qəhrəman ordusu düşmən Ermənistanı necə diz çökdürüb, hansı formada məğlubiyyətə uğradıb? Bu siyasi qolçomaq sayt-filan izləmirmi, baxmırmı, oxumurmu ki, Harutunyandan belə bütün canilər qandallanaraq Bakıya gətirilib?

İnanın, heyrətə gəlirəm. Anlaya bilmirəm, bu "marianetka”ların, "Milli Şura” adı altında anti-milli fəaliyyət sərgiləyən vətən xainlərinin riyakarlığını. Yəqin Əli Kərimli bir azdan Vardanyanı, Arayiki siyasi məhbus da elan edər. Və tam səmimi deyirəm: belə addım atsa qətiyyən təəccüblənmərəm. Çünki artıq bu yaramaz gədədən, siyasət adı altında hər dona girən buqələmundan bütün şərəfsizlikləri gözləmək olar.”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti