“Bunları anbaan, saatbasaat ifşa etmək lazımdır” – PARTİYA SƏDRİ

“Bunları anbaan, saatbasaat ifşa etmək lazımdır” – PARTİYA SƏDRİ
"İranla, Fransa ilə bağlı nə qədər şey danışırıq, bu iki təxribatçı dövlətin əsl mahiyyətini ortaya qoyuruq. Üstəlik, meydanda hər kəsin, xüsusən də siyasi kəsimin sərgilədiyi bəlli bir iradə var. Amma bircə radikal müxalifətin səsi çıxmır. Bircə onlar danışmır. Bilirsinizmi niyə danışmır? Çünki, elə İranın, Fransanın taylarıdır. Çünki Əli Kərimli kimi riyakardan, Cəmil Həsənli kimi nadürüstdən başqa şey gözləmək olmaz. Onlar vətən xainləridir, onlar anti-milli ünsürlərdir.” 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Belələri erməni qədər namərd, erməni qədər nadan, erməni qədər vicdansızdır. Bunları anbaan, saatbasaat ifşa etmək lazımdır.”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti