“Üçrəngli bayrağımız bu gün Şuşada dalğalanır!” – DEPUTAT

“Üçrəngli bayrağımız bu gün Şuşada dalğalanır!” – DEPUTAT
 

"Bayraq bizim üçün yalnızca rəmz və simvol deyil, o həm də qeyrətdir, namusdur, bizim şərəfimizdir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İllər sonra üçrəngli bayrağımız ilk dəfə Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Naxcıvanda dalğalanıb. Ümummilli Lider Naxcıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ali Sovetin qarşısında vəsatət qaldırmışdı ki, üçrəngli bayrağımız Azərbaycanın dövlət rəmzi kimi tanınsın. Həmin vəsatətə 1991-ci il, fevralın 5-də baxıldı və qərar qəbul edildi. Fəqət, bu müqəddəs bayraq Naxcıvan Muxtar Respublikasının üzərində 1990-cı il, noyabrın 17-dən etibarən artıq dalğalanırdı. Birbaşa Heydər Əliyevin sayəsində!

İndi isə üçrəngli bayrağımız artıq Şuşada, işğaldan azad olunmuş digər əzəli torpaqlarımızda dalğalanır. Bunu görmək, hiss etmək o qədər qürurvericidir ki...Eşq olsun dövlətimə. Eşq olsun millətimə. Eşq olsun, "Bayraq bizim eşidilən səsimiz, duyulan nəfəsimizdir” – söyləyən dəyərli Prezidentimə!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti