Daşkənddə ilk dəfə Azərbaycan-Özbəkistan gənclərinin dostluq və əməkdaşlıq forumu təşkil olunub
14 Fevral 2023, 17:21
14 Fevral
2023
17:21
292
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın "İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində ilk dəfə Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin konfrans zalında Gənclərin Dostluq və Əməkdaşlıq Forumu hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra forum iştirakçıları qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirə Azərbaycandan gələn "İslahatçı Gənclər” İctimai Birliyi, Gənclər Fondu, media təşkilatlarının nümayəndələri, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamenti, habelə Senatı yanında Gənclər Parlamentinin rəhbərləri və təhsil sahəsində ekspertlər qatılıblar.
Forumda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tarixdə ilk dəfə baş tutan belə bir tədbirin Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, ədəbi, təhsil əlaqələrinin möhkəmlənməsi, gənclər arasında yeni əlaqələrin qurulması, ənənəni və innovativ təcrübələrin mübadiləsi baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, bu tarixi hadisə münasibətilə forum iştirakçılarını təbrik edib.
S.Abbasov Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətinin bu gün də dövlətin əsas prioriteti olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Diplomat 1996-cı ildən bu yana Azərbaycan dövləti tərəfindən gənclərin sosial, elmi və mədəni inkişafına hesablanmış onlarla dövlət proqramının qəbul olunduğunu bildirərək, bu gün Azərbaycan gəncinin dövlət tərəfindən qəbul olunmuş bu proqram sayəsində özünü inkişaf etdirməklə yanaşı, dövlət idarəçiliyində də əhəmiyyətli rol oynadığını vurğulayıb.
S. Abbasov çıxışında Prezident İlham Əliyevin "Mən Azərbaycan gəncliyinə hər zaman güvənmişəm, hər zaman Azərbaycan gəncliyinin yanında olmuşam, Azərbaycan gəncliyi də hər zaman mənə arxalana bilər” fikrini səsləndirib.
O, forumun iki qardaş ölkə gəncləri arasında gələcəkdə sıx əlaqələr yaratmaq baxımından çox böyük perspektivlər açdığını qeyd edərək, rəhbərlik etdiyi təşkilatın gənclərlə iş, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Azərbaycanın "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanla Özbəkistan arasında sıx əlaqələrin qurulması, gənclər arasında əməkdaşlıq, qloballaşan dünyada çox böyük əhəmiyyətə malik gənclər siyasəti haqqında danışaraq, Azərbaycan üçün Özbəkistanın təkcə regionda deyil, bütün dünyada vacib bir partnyor, müttəfiq qardaş ölkə olduğunu qeyd edib. O, iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində gənclərin sıx əməkdaşlıq quraraq birlikdə daha uğurlu, səmərəli fəaliyyət göstərə biləcəklərini qeyd edib.
Fərid Şahbazlı "İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycanda gənclərin cəmiyyətimizin ictimai həyatında aktiv iştirakını təmin edən fəaliyyəti və bu istiqamətdə həyata keçirdikləri layihələr barədə danışıb.
Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamentinin sədri Şahnoza Yoldaşova Azərbaycan tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə tarixində ilk dəfə olaraq keçirilən belə bir forumun gələcəkdə hər iki ölkənin gənclərinin birgə fəaliyyəti üçün böyük imkanlar yaradacağını qeyd edib. O, Özbəkistanda həyata keçirilən gənclər siyasəti, gənclərin dövlət siyasətində aktiv iştirakı, qanunvericilik palatalarında təmsil olunması və dövlət tərəfindən gənclər üçün yaradılan şəraitdən danışıb.
Forumda iştirak edən Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi İbrahim Mehdiyev bu Forumun iki ölkə gəncləri arasında dostluq-əməkdaşlıq əlaqələrinin qurulması, möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyərək belə forumların davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb və növbəti belə bir forumun yaxın gələcəkdə Azərbaycanda keçirilməsini təklif edib.
Paneldə çıxış edən Özbəkistan Respublikası Senatı yanında Gənclər Məclisinin sədri Bexzod Toxtamurodov Azərbaycanla Özbəkistan gəncləri arasında yeni əlaqələrin qurulması, müasir dövrdə çağırışlar, qloballaşma dövründə gənclərin vətənə bağlı, habelə müasir texnologiyalardan yararlanması, hər iki ölkənin uğurlu gənclər siyasəti modelinin gələcəkdə qarşılıqlı olaraq tətbiqi məsələləri barədə çıxış edib. O, ələdə edilmiş təcrübələrin paylaşılmasının iki ölkə gəncləri üçün çox əhəmiyyətli olacağını vurğulayıb.
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan təhsil şirkəti "Study First Academy Uzbekistan” rəhbəri Mikayıl Mirzəzadə iki ölkə arasında bütün sahələrdə yaranmış sıx əlaqələrin təhsil sektoruna da böyük təsir göstərəcəyini vurğulayıb. O, qardaş ölkə gənclərinin təhsil sahəsində də sıx əməkdaşlıq qura biləcəklərini, ölkələr arasında imzalanmış sazişlərə əsasən hər iki ölkə gənclərinin qaraşlılıqlı olaraq Azərbaycan və Özbəkistanın aparıcı ali təhsil ocaqlarında öz təhsillərini davam etdirmələri üçün yeni imkanların yarandığını söyləyib.
Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də hər iki ölkə gənclərinin birgə, ortaq fəaliyyətinin, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkədə medianın daha da inkişafına müsbət təsir edəcəyini, gənclərin, gənc media mənsublarının iştirakı ilə beynəlxalq tədbirlərin, qarşılıqlı səfərlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Forum iştirakçılarına Azərbaycan-Özbəkistan gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan tərəfinin fəxri diplomları və hədiyyələri təqdim olunub.
Forumda iştirakçı gənclərin iki ölkənin gənclər siyasəti, bu istiqamətdə əməkdaşlıq məsələləri, həyata keçirilən birgə layihələr, bu sahədə yaradılan imkan, təcrübə mübadiləsi, gənclərin təhsil almaq imkanlar barədə sualları cavablandırılıb.
Qeyd edək ki, Forum iştirakçıları tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş "Gələcəyimiz və zəfərə aparan gəncliyimiz" adlı foto və kitab sərgisi ilə tanış olublar.
Xəbər lenti
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub