“Dəniz nəqliyyatının reallaşması üçün böyük maliyyə vəsaitinə ehtiyac yoxdur” – Deputat

“Dəniz nəqliyyatının reallaşması üçün böyük maliyyə vəsaitinə ehtiyac yoxdur” – Deputat
 

"Dünən məqamı gəldi və Milli Məclisin Plenar iclasında bu məsələyə toxundum. Bəli, biz dənizdən istifadə edə bilərik. Nəqliyyat kimi. Çünki həqiqətən də ortada ən azından qardaş Türkiyənin təcrübəsi var. Dəniz marşrutları aça bilsək, tıxacla bağlı problemin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olacağımızı düşünürəm.”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Bu minvalla Bakı kəndləri, Günəşli və Əhmədli zonası, eyni zamanda Sumqayıt dəniz vasitəsilə mərkəzlə əlaqələndirilə bilər. Həm də çox rahat şəkildə. Üstəlik, nəzərə alın ki, gəmi ilə gedib-gəlmək insanlara həm də mənəvi zövq verəcək. Həqiqətən, maraqlı bir layihə ola bilər və bunun üçün böyük maliyyə vəsaitinə də ehtiyac yoxdur. Ümid edirəm, aidiyyatlı qurumlar bu təklifimi dəyərləndirəcək” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti