Deputat: "Co Baydenin Əliyevə ünvanladığı təbrik məktubunda sezilən əsas məqam odur ki..."

Deputat:
7NEWS.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda ABŞ-ın Azərbaycana böyük dəyər verməsi, Azərbaycanın həyata keçirdiyi siyasətə dəstəyi, eyni zamanda, ABŞ-ın Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi xüsusilə qeyd olunub.

Sözügedən mövzunu 7NEWS.az saytına şərh edən millət vəkili Elşən Musayev 44 günlük savaşdan sonra dünyanın yeni reallıqları qəbul etdiyini deyib: "Həqiqətən artıq vəziyyət, qlobal düzən, reallıqlar dəyişib. 44 günlük müharibə zamanı əldə etdiyimiz möhtəşəm qələbə bütün diqqətləri Azərbaycana doğru yönəldib, dünyaya Azərbaycanı yenidən tanıdıb, bölgədəki gücümüz və liderliyimiz hər kəs üçün qəbuledilən olub. Novruz bayramında ABŞ rəhbəri Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da sezilən və görünən əsas məqam odur ki, ABŞ Azərbaycanla strateji əməkdaşlığın davam etdirilməsində, həmin strategiyanın inkişafında maraqlıdır. 

Əslində dövlətimiz hər zaman balanslı xarici siyasət yürüdüb. Ölkə Başçısı cənab İlham Əliyev bütün çıxışlarında açıq formada bəyan edib ki, biz bütün dünya dövlətləri ilə normal münasibətlər saxlamaqda maraqlıyıq. Eyni zamanda Azərbaycan dövləti ələlxsus son illərdəki beynəlxalq fəaliyyəti ilə, Qoşulmama Hərəkatına rəhbərliyi ilə, ümumbəşəri töhvələri özündə əks etdirən qlobal və faydalı təşəbbüsləri ilə meydanda olub, sülhün, demokratiyanın əsas təminatçılarından biri kimi çıxış edib. Ona görə nüfuzumuz günü-gündən yüksələn xətt üzrə irəliləyir. Hamı bizi qəbul edir. Hamı Azərbaycanla hesablaşır. 

Hazırda Qərb dövlətləri və konkret olaraq Amerika ilə münasibətlərimiz olduqca yaxşıdır. Həmin münasibətlər qarşılıqlı etimada, güvənə və əməkdaşlığa söykənir. Amerika Prezidentinin Novruz təbrikində qeyd olunan məqamlar və mesajlar da bunu deməyə əsas verir ki, bu iki dövlət arasında əlaqələr ən yüksək səviyyədədir və həmin əlaqələrin inkişafı üçün heç bir problem və əngəl yoxdur.

Xəbər lenti