Deputat həmkarından Ramil Həsənə dəstək: “Bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız”

Deputat həmkarından Ramil Həsənə dəstək: “Bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız”
"Bunu ancaq Ramil Həsənin deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər”.
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev həmkarı Ramil Həsənlə bağlı son günlər yayılan informasiyalara münasibət bildirərkən deyib.
Razi Nurullayev "Yanlış xatırlamıramsa, qanun qəbul olunanda deputatlara şamil olunmaması qeyd edilib”,-deyib:
"Etiraz etmirəm, qanunu dəyişək, sonra isə hamısını tutub cərimələsinlər. Amma indiki qanunla Ramil müəllimin cərimələnməsi qanunaziddir. Bir də qanunu açıb baxacağam. Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyəti orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur. Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız. Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundankənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır”.

Xəbər lenti