Deputat hərbçilərlə bağlı vacib təkliflər irəli sürdü: Pul təminatları artırılsın!
"Büdcə layihəsi kifayət qədər uğurlu hazırlanıb və 2021-ci ildə qarşımızda duran vəzifələrin icrası üçün ciddi təminatlar yaradır”.
Bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.
Deputat bildirib ki, pandemiyanın yaratdığı iqtisadi böhrana baxmayaraq, gələn ilin büdcəsində kifayət qədər artımın nəzərdə tutulması Prezidentin və hökumətin ciddi nailiyyətidir.
"Bilirsiniz ki, bir çox ölkələrdə nəinki artım nəqəzərdə tutulmur, əksinə, büdcədə əhəmiyyətli dərəcədə azalmalar baş verir.
Bu, həm də Qələbə büdcəsi kimi tarixə düşəcək. Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti ilə Ordumuz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüz bərpa etdi. Biz hamımız ilk dəfə büdcədə Qarabağın quruculuğu və Böyük Qayıdışa hazırlıq üçün 2,2 milyard manat vəsaitin ayrılması sevincini yaşayacağıq.
Azay Quliyev deyib ki, deputatlar büdcə ilə bağlı verdiyi təkliflərdə əsas prioriteti orduya, əsgər və zabitlərimizin maddi və sosial məsələlərinin daha da yaxşılaşdırılmasına yönəltməlidirlər:
O, bir sıra təkliflər də səsləndirib.
Belə ki, deputat müddətli hərbi qulluqçuların fərdi ehtiyaclarını qarşılamaq üçün verilən aylıq maaşa və ya pul təminatına yenidən baxılmasını vacib sayıb:
"Müddətli həqiqi hərbi xidmət qulluqçularının (əsgər və çavuşların) gündəlik fərdi ehtiyaclarını qarşılamaq üçün aylıq maaşları artırılmalıdır; hazırda əsgər 13 manat, baş əsgər16 manat, çavuş 22 manat alır. Döyüş bölgəsində bu rəqəmlər bir az fəqlidir, iki dəfə çoxdur. Ancaq təbii ki, bu da kifayət etmir. Təklif edirik ki, bu rəqəm an azı iki dəfə artırılısın”.
A.Quliyev müharibə zamanı hərbi xidmətə çağırılan və ya könüllü iştirak edən şəxslərə birdəfəlik ödənilən aylıq pul vəasitinin həcminə yenidən baxılmasını da təklif edib:
"Sentyabrın 27-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə hər ay üçün 360 manat ödəniləcək.
Bu adamların əməyini heç bir pulla ödəmək mümkün deyil, lakin bu rəqəm də çox azdır. Yaxşı olar ki, birdəfəlik bu pul təminatı ən azı iki dəfə artırılsın. Bu artım hamıya mümkün olmasa, heç olmasa müharibəyə qədər işlədiyi yerdən əməkhaqqı alanlar istisna olmaqla, heç bir yerdə işləməyənlərə bu təminat artırılsın. Bu hərbi qulluqçuların bəzilərinin ailəsi kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkirlər.
Bir də əgər bu adamlar şəhid və qazi olmayıblarsa, onlar qəhrəmandırlar və ölkəmiz üçün etdiklərinin müqabilində lazımı diqqətlə təmin olunmalıdır”.
Deputat müddətdən artıq xidmətdə olan zabit və gizirlərə nəzərdə tutulan 128 manatla bağlı məsələ də qaldırb:
"Nazirlər Kabinetinin son qərarına görə müddətdən artıq xidmətdə olan zabit və gizirlərə 64 manatlıq ərzaq pulu 128 manata qaldırılıb, lakin bu vəsaiti hələ də almayan hərbi qulluqçularımız var. Mən çox istərdim ki, hörmətli Maliyyə naziri bu suala aydınıq gətirsin. Bu vəsait ödənilir və ya builki büdcədə nəzrdə tutulubmu? Əgər tutulmayıbsa xahiş edərdim ki, bu məbləğ nəzərə alınsın”.
A.Quliyev şəhid ailələri, qazi və veteran təşkilatlarının Konfederasiyasının yaradılmasını və bu quruma dövlət büdcəsindən hər il birbaşa vəsait ayrılmasını da təklif edib:
"Böyük Vətən Müharibəsi veteranları təşkilatları büdcədən birbaşa dotasiya alır. Lakin Qarabağ müharibəsinin şəhid ailələri, veteranları və qazilərinin hüquqlarını qoruyan təşkilatlar maliyyələşmir. Düzdür, bu kateqoriyadan olan təşkilatların sayı çoxdur və onların hamısına ayrılıqda birbaşa büdcədən vəsait ayırmaq mümkün deyil. Ona görə də bu qurumlar bir konfedarsiyada birləşsə və onlara dövlət tərəfindən birbaşa və ayrıca büdcə xətti ilə maliyyə yardımı ayrılsa, yaxşı olar. Konfederasiaya yeni yaradılmış və uğurla fəaliyyət göstərən YAŞAT Fondunun işinə dəsətək olar. İnteqrasiya və psixoloji yardımları təmini üçün bu qurumların fəaliyyətinin koordinasiyası çox vacibdir”.
A.Quliyev informsiya müharibəsində yeni çağırışlara hazır olmağın vacibliyini də diqqətə çatdırıb:
"Gələn il informasiya müharibəsində iştirak edən bır sıra qurumlara ayrılan vəsaitə yenidən baxmaq lazımdır. Qarşıda bizi çox ciddi sınaq gözləyir. Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, xarici ölkələrin vətəndaş cəmiyyəti instututları, media nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlarla adekvat işin qurulmasına xüsusi diqqət yetirməliyik.
Xarici ölkələrdəki səfirliklərimizə, XİN-in yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinə və Diaspor Komitəsinə bu məqsədlə ayrılan vəsaitin 10 -20 faiz civarında artırılması məsələsinə baxıla bilər”. /modern.az
Shushapost.Az
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO