Deputat radikal müxalifəti İranın agentləri adlandırdı

Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
"Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum İranın simasızlığını göstərdi”.

Bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.

O bildirib ki, Azərbaycanda hadisəyə münasibət birmənalı oldu və bu, terror hadisəsi kimi dəyərləndirildi.

Deputat qeyd edib ki, yalnız radikal müxalifət hadisəni qınayan bəyanat səsləndirmədi.

"Bilirsinizmi, niyə fikir bildirmirlər? Çünki onlar İranın agentləridir. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıblar. İstəsələr də, danışa bilməzlər. Danışsalar, onların qulaqlarını kəsərlər. Daş düşsün sizin siyasətinizə də, özünüzə də”, - deyə Elşən Musayev bildirib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycana təxliyə olunublar.

Yanvarın 30-da Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib./oxu

Xəbər lenti