Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb

Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən 25 yanvar 2023-cü il tarixində Milli Məclisin inzibati binasında Ucar rayonundan olan seçiciləri qəbul edib. 

Qəbulda vətəndaşlar tərəfindən işsizlik, əlilliyin təyini, müalicə və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub, eyni zamanda millət vəkilindən sosial şəbəkələr vasitəsilə bir qrup Ucar rayon sakininə qarşı xoşagəlməz sözlər ifadə edilmiş postlar yerləşdirərək təhqir edən şəxsin kimliyinin araşdırılması və hüquqa müvafiq cəzalandırılmasında dəstək istənilib.

Onu da qeyd edək ki, seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi deputat Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.
 





 

Xəbər lenti