Deputat Ramil Həsən “Novruz” yardım aksiyasına start verdi

Deputat Ramil Həsən “Novruz” yardım aksiyasına start verdi
7NEWS.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində, xalqımızın qədim adət-ənənələrindən olan su çərşənbəsi günü "Novruz” yardım aksiyasına start verilib. Belə ki, Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan bir qrup aztəminatlı ailələrin övladlarına içərisində ayaqqabı və isti qış geyimi olan bağlamalar verilib. Eyni zamanda onu da qeyd edək ki, layihə çərçivəsində Ucar rayonundan olan aztəminatlı ailələrə ərzaq bağlamaları və uşaqlar üçün isti geyimlər təqdim ediləcək, onların qaldırdıqları problemlər və narahatlıqları dinləniləcəkdir.

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə "İnvestAz" Şirkətlər Qrupuna, "Missiya" Media Qrupa və digər xoşniyyətli şəxslərə dərin təşəkkürlərimizi bildiririk.

Onuda qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.
 



 
 

Xəbər lenti