Deputat Ramil Həsən Qaradağlı kəndində seçicilərlə görüşdü

Deputat Ramil Həsən Qaradağlı kəndində seçicilərlə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən 22 dekabr 2021-ci il tarixində saat 14:00-dan 15:30-a qədər Qaradağlı kənd orta məktəbində Qaradağlı, Alpout, Çiyni, Qazıqumlaq   və Məlikballı kənd seçiciləri ilə görüşüb.

Vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, kəndin elektrik təsərrüfatının çox acınacaqlı vəziyyətdə olması, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, qaz xətlərinin çəkilməsi və sayğacların qoyulması, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, 
şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi Millət Vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. 

Görüş zamanı 44 günlük Vətən Savaşında yaralanmış qazilərin problemləri dinlənilmişdir.

Onuda qeyd edək ki, Millət Vəkili Ramil Həsən qəbuldan əlavə olaraq kənd ərazisində səyyar görüşlərdə keçirmiş, Müharibə veteranlarının, əlillərin və gənclərin qaldırmış olduğu məsələlərlə bağlı narahatlıqları dinləmiş və  bəzi məsələlərin həlli üçün yerindəcə tapşırıqlar verilmişdir.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Xəbər lenti