Deputat: "Təxliyə məsələsində bütün fəaliyyət dəqiq və planlı formada həyata keçirilir" - ÖZƏL

Deputat:


Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarlmızın yanındadır. Rusiya-Ukrayna müharibəsi zamanı bu, bir daha sübut olundu. Pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndadlarına sahib çıxır, onları planlı şəkildə təxliyə edir. 

Milli Məclisin deputatı Elşən Musayev 7NEWS.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də öz vətəndaşının, soydaşının yanındadır. 

"Təxliyə məsələsində bütün fəaliyyət dəqiq və planlı formada həyata keçirilir, lazım olan hər şey edilir. Gündəlik təxliyə maksimum həddədir. Üstəlik, məsələ burasındadır ki, digər dövlətlər vətəndaşlarını həmin vətəndaşların öz hesabına ölkədən çıxarsa da, Azərbaycan dövləti bütün maddi məsələləri, təxliyə xərclərini öz üzərinə götürüb. Səfirlik əməkdaşları ilə bütün koordinasiya qurulub, proses davam edir, vətəndaşlarımız xilas olur”, - deyə deputat bildirib. 

O qeyd edib ki, öncə uşaqların, qadınların, yaşlıların, xəstələrin təxliyəsi həyata keçirilir. Yəni, prioritet xətt budur. 

"Ümumilikdə isə hədəf odur ki, təhlükə ocağında və zolağında 1 nəfər də olsun vətəndaşımız qalmasın. 

Proses dövlətin tam nəzarətindədir. Azərbaycan vətəndaşının dövlətinə olan güvəni dövlətin də öz vətəndaşını həmin güvənə layiq bir şəkildə qoruması ilə müşahidə olunur. Bu güvən qarşılıqlıdır və Azərbaycanın adını hər yerdə örnək kimi önə çıxaran əsas səbəblərdən biri də məhz həmin vəhdətdir”, - deyə E.Musayev əlavə edib.
7NEWS.az

Xəbər lenti