Diasporumuzun son 3 illik fəaliyyəti: Effektiv işlər, uğurlu layihələr… Toğrul Allahverdili yazır
Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti hər zaman istər dövlət, istərsə də ictimaiyyət səviyyəsində diqqət mərkəzində olub. Vətəndən kənarda yaşayan soydaşlarımızın bir arada olmaları və Azərbaycan adına səmərəli fəaliyyətlərinin təmin edilməsi üçün silsilə addımlar atılıb. Lakin təəssüflə qeyd edilməlidir ki, uzun müddət ərzində diaspor təşkilatlarımız arasında həmrəyliyi təmin etmək mümkün olmurdu. Bu da sonucda Azərbaycan diaspor təşkilatlarının mövcud olduqları ölkədə kölgədə qalmaları və sadəcə, qalmaqallarla diqqət mərkəzinə düşmələri ilə nəticələnirdi. Ona görə də, diaspor təşkilatlarının və bu sahəyə cavabdeh olan Diaspor Komitəsinin fəaliyyəti sərt və əsaslı tənqidlərə məruz qalırdı.
Lakin 2018-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Fuad Muradovun Komitəyə sədr təyin olunması Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələnin əsasını qoydu. O baxımdan, son 3 ildə diaspor təşkilatlarının "Vətən uzaqda deyil” şüari altında birləşmələri və koordinasiyalı fəaliyyətə üstünlük vermələri xüsusi qeyd olunmalıdır. Lakin bu müsbət tendensiyalar diaspor təşkilatları arasında umu-küsülərin, narazılıqların, yersiz ambisiyalardan qaynaqlanan eqoizmin tam ardan qalxdığı anlamına gəlmir. Etiraf edək ki, təsirli tədbirlərin görüldüyü şəraitdə də o cür neqativ hallara tamamilə son qoymaq mümkün deyil. Əsas olan budur ki, hazırda mövcud olan xırda umu-küsülər diasporun fəaliyyətinə mənfi təsir etmək və ümumi işə zərər vermək gücündə deyil.
Komitənin son 3 illik fəaliyyətinə nəzər saldıqda diaspor qurumlarının yenidən təşkilatlanmaları istiqamətində görülən işlərin effektivliyi diqqətdən yayınmır. Bu çərçivədə diaspor təşkilatları vasitəsilə bir çox ölkələrdə Azərbaycan Evlərinin yaradılması, Koordinasiya Şuralarının formalaşdırılması və Qarabağ Məktəblərinin açılması Komitənin ən uğurlu layihələrindən sayılır. Eyni zamanda, Komitə sədrinin xarici ölkələrə çoxsaylı səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər xaricdəki soydaşlarımızın fəaliyyətinə ciddi təkan verir.
Əlbəttə, son ilyarımda dünyanı bürüyən koronavirus pandemiyası şəraitində problemlərlə üzləşən soydaşlarımıza dəstək olmaq Komitənin əsas prioritetlərindən birinə çevrilib. Bu məsələyə ciddi diqqət yetirən Komitə rəhbərliyi xaricdəki soysdaşlarımızla daim əlaqədə olur, onların problemlərinin həllinə yardm göstərir, ölkəyə gətirilmələrini təmin edir, ehtiyac yarananda, onlardan maddi dəstəyini də əsirgəmir.
Təbii ki, Komitənin son 1 illik fəaliyyətində öncə Tovuz döyüşləri, daha sonra isə Vətən Müharibəsi müstəsna yer tutmaqdadır. Tovuz döyüşlərinin vüsət aldığı ötən ilin yayında dünyanın əksər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın maksimum fəallaşdırılması və onlar tərəfindən çox təsirli aksiyaların keçirilməsi Komitənin böyük uğuru kimi qiymətləndirilməlidir. Bundan başqa, Komitə Vətən Müharibəsinin gedişində və ondan sonra diaspor təşkilatlarını vahid mill məqsəd ətrafında səfərbər edərək, onların potensialında səmərəli istifadə etməyə nail oldu.
Diqqətə çatdırılan bu qeydlər Azərbaycan diasporu ilə bağlı problemlərin tam aradan qaldırıldığı kimi başa düşülməməlidir. Yuxarıda da qeyd olundu ki, müəyyən problemlər hələ qalmaqdadır. Bununla belə, təqdir olunası hal bundan ibarətdir ki, diasporun fəaliyyətinə dair 20-30 il ərzində yığılıb qalan problemlərin həllində artıq mühüm irəliləyiş var. İşlərin bu tempdə davam etdiriləcəyi halda o problemlərin də həlli olunacağına ümid böyükdür.
Toğrul Allahverdili
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR