Dinc sakinlərimizi atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir - RƏY
14 Sentyabr 2022, 18:40
14 Sentyabr
2022
18:40
432
Ermənistanın azərbaycanlı mülki şəxsləri atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, ermənilər döyüş meydanında ordumuza cavab verə bilmirlər, çıxış yolunu mülki əhalimizə atəş açmaqda görürlər.
"Vətən müharibəsində də biz ordumuz qarşısında aciz qalan ermənilərin mülki vətəndaşlarımızı atəşə tutmasının şahidi olduq. Bu gün Ermənistan mülki əhalimizə qarşı cinayətləri davam etdirir.
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar”, - deyə deputat bildirib.
O qeyd edib ki, erməni silahlı birləşmələri mülki əhalimizi atəşə tutmaqla öz acizliklərini göstərilər. "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət ermənilərin hərbi cinayətlərinin qarşısının alınması üçün tədbirlər görməlidir. Azərbaycan ordusu isə erməni təxribatlarının layiqli cavabını verir və avqustun 12-də erməni təxribatına ordumuzun verdiyi cavab da onlar üçün növbəti dərs oldu.
İstər Ermənistanın siyasi rəhbərliyi, istər Ermənistanda olan revanşist qüvvələr birmənalı olaraq anlamalıdırlar ki, onların sülh müqaviləsindən başqa alternativ yolları yoxdur. Onlar bilməlidirlər "dəmir yumruq" daha qüvvətlidir və hər bir təxribatına layiqli cavab veriləcək”, - deyə o əlavə edib.
Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, erməni silahlı qüvvələrinin təxribatı bir tək Azərbaycanın hərbi birləşmələrinə qarşı deyil, eyni zamanda, mülki əhaliyə qarşıdır.
"Bu nadan, məkrli, cinayətkar qüvvələr eynən 44 günlük müharibədə olduğu kimi, heç bir sərhəd və qırmızı xətt tanımırlar. Atəşi hər kəsə qarşı açırlar, günahsız insanlara qarşı hərbi cinayətlər törədirlər.
Kəlbəcər rayonu, Bozlu kənd sakini Asim Musayev və Kəlbəcər rayonu, Ağdaban kənd sakini Arzuman Orucov düşmən gülləsinə tuş gəlib, yaralanıb. Və bu, hələ bildiklərimiz, məlumat aldıqlarımızdır. Qısası, erməni yaramazlar dayanmırlar, öz iyrənc əməllərinə ara vermirlər, cinayət ardınca cinayət törətməyə davam edirlər. Bu təxribatçılar, qatillər müharibə dövründə Gəncə və Tərtərdə də günahsız insanlara qarşı terror törətmişdilər. Yəni, terror, qan, mülki əhaliyə hücum, müharibə cinayəti törətmək ermənilərin xisləti, xarakteri, tərbiyəsi, düşüncəsi, mahiyyəti ilə əlaqəli məsələ və mövzudur. Bunlar bütün ömürləri boyunca üzbəüz, kişi kimi, mərdi-mərdanə döyüşməyiblər. Həmişə hansısa dəlikdən qəfil çıxıblar, həmişə gülləni arxadan atıblar, həmişə günahsız insanları hədəf alıblar. Şuşanın azad olunmasında iştirak edən qəhrəman Azərbaycan əsgərləri də döyüşdən sonraki açıqlamalarında söyləyirdilər ki, erməni bizimlə üzbəüz qala bilmirdi, qorxurdu, qaçırdı. Öz də dabanına tüpürüb qaçırdı. "Asta qaçan namərddir” – deyib qaçırdı. Bax həmin yaramazlar son döyüşdəki məğlubiyyətlərini də görəndən sonra gülləni mülki əhaliyə qarşı tuşlayıblar, onları yaralayıblar, belə namərdlik ediblər.
Beynəlxalq təşkilatlar erməni caniləri tərəfindən törədilən müharibə cinayətlərinə biganə qalmamalıdır, səslərini çıxarmalıdır, hadisələrə münasibət bildirməlidir. Çünki erməni terrorizmi bir tək Azərbaycan üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün, regional sabitlik üçün və beynəlxalq hüququn realizəsi üçün təhlükədir”, - deyə deputat əlavə edib.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...