“DTX ölkə başçısının çağırışlarını qətiyyətlə icra edir”

“DTX ölkə başçısının çağırışlarını qətiyyətlə icra edir”

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX)  və Baş Prokurorluq tərəfindən

həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Buna səbəb onun rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışlar verməsi, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi və s. ilə bağlı qanunsuz əməllərə yol verməsi olub.

 

Moderator.az-a açıqlamasında DTX-nın bu və öncəki əməliyyatlarına toxunan hüüuqşünas Əliməmməd Nuriyev məsələ ilə bağlı maarqlı fikirlər səsləndirib:

 

"Bildiyiniz kimi, ölkə başçısı şəfafflığın təmin edilməsi, məmur özbaşınalığının, korrupsiyanın qarşısının alınması ilə bağlı ciddi iradə ortaya qoyub, kimliyindən asılı olmayaraq, qanunsuzluğa yol verən şəxslərə güzəşt edilməyəcəyini bildirib. Hər hansı qanusnuzluq, korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi baş verərsə, bunlara qarşı ciddi addımların atılacağını bəyan edib.

Ölkə başçısının məlum açıqlama və xəbərdarlıqlarından sonra DTX-nın son dönəmlərdə bir sıra rayonlarda həyata keçirdiyi əməliyyatlar, qanunsuzluğa yol verən icra hakimiyyəti orqanı əməkdaşlarının məsuliyyətə cəlb edilməsi dövlətimizin bu məsələdə nə dərəcədə qətiyyətli olduğunu göstərir. Hansı ki, ilkin təhqiqatlar məsuliyyətə cəlb edilən icra hakimiyyəti orqanı əməkdaşlarının rüşvət və korrupsiyaya yol verdiyi, ictimai işlərə cəlb ediləcək şəxslər üçün nəzərdə tutulan əmək haqqı kartlarına sahiblənməsi və s. kimi qanunsuzluqları üzə çıxarıb.

 

DTX tərəfindən həyata keçirilən bu əməliyyatlar ölkə başçısının çağırışlarının qətiyyətlə icra edildiyini göstərir. Bu, həm də hər kəsə xatırladır ki, cinayətə görə cəzanın labüdlüyü qaçılmazdır. Bütün bunlar bir daha onu göstərir ki, qanunsuzluğa yol verən, dövlət vəsaitini talayan kimsəyə güzəş edilməyəcək”.

 

 

Xəbər lenti