DTX: Taleh Yusifov Azərbaycana ekstradisiya edilib

26 Dekabr 2022, 10:11
26 Dekabr
2022
10:11
55
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
7News.Az DTX-nın saytına istinadən xəbər verir ki, ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan "Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, "Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilib), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib.
Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Hazırda cinayət işi üzrə aradırmalar davam edir.
Xəbər lenti
-
15:50Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır - RƏY
-
12:45Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
12:42Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
-
11:46Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
11:4352 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
09:51Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
17:48“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:19DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
12:31"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
11:39Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
19:49Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutuna dair təlimlərə Salyandan start verildi
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:11Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:30İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:08Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:55“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:15Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:57Arzuladığınız premium həyatı yaşayın! - City Garden Narimanov
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:34Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:41“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:33“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
16:59Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
01 Fevral 2023
31 Yanvar 2023
30 Yanvar 2023
29 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
GÜNDƏM, SOSİAL
Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
GÜNDƏM, SOSİAL
52 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
GÜNDƏM, SİYASƏT
“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
GÜNDƏM
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, SİYASƏT
"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
GÜNDƏM, MANŞET
Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
GÜNDƏM, SİYASƏT
İran dövləti neyləyir? - TƏHLİL