Dünya Bankı Ukraynaya 723 milyon dollarlıq yardım edəcək: TƏSDİQLƏNDİ (ÖZƏL)

Dünya Bankı Ukraynaya 723 milyon dollarlıq yardım edəcək: TƏSDİQLƏNDİ (ÖZƏL)
Dünya Bankı Ukraynaya 723 milyon dollar kredit və qrant ayrılmasını təsdiqləyib. 

7NEWS.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Paketə Hollandiya və İsveçin zəmanəti ilə təxminən 139 milyon dollar artırılmış 350 milyon dollarlıq kredit daxildir. 

Yardım, həmçinin, Böyük Britaniya, Danimarka, Latviya, Litva və İslandiyadan 134 milyon dollar, Yaponiyadan isə 100 milyon dollar qrantdan ibarətdir. 

Bank qeyd edib ki, bu vəsait Ukrayna hökumətinə xəstəxana işçilərinin maaşları, yaşlılar üçün pensiyalar və əhalinin həssas təbəqələri üçün sosial proqramlar da daxil olmaqla mühüm xidmətlərin göstərilməsinə kömək edəcək.

Xəbər lenti