Dövlətlərin təşəkkür tapmasında liderlərin rolu əsas amil kimi ortaya çıxır - TƏHLİL
İstənilən dövlətin dövlətçilik tarixi onun formalaşdığı ərazidə tarixən mövcud olmuş dövlətlərin tarixi ilə müəyyən edilir. Bu baxımdan Azərbaycanın dövlətçilik tarixinin 5 min ildən artıq yaşının olduğunu demək olar. Azərbaycan bu günə kimi öz mənəvi dəyərlərini qoruyub və nəsillərdən nəsillərə ötürə bilib. Ümumiyyətlə, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranıb və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.
Ümumi olaraq qəbul olunan qayda ondan ibarətdir ki, dövlətin yaradılması vətəndaş cəmiyyətini formalaşdıran fərdlər arasında bağlanmış ictimai müqavilənin təzahürüdür. Yəni, insanlar öz təhlükəsizliklərini təmin etmək, hüquqlarını qorumaq, aralarındakı mübahisələri həll etmək, insanlar arasında bərabər hüquqları təmin etmək və s. məqsədlər üçün bir yerdə birləşib dövləti yaradır və dövlətin onların mənafeyi naminə idarəedilməsini təmin edəcək siyasi elitanı seçirlər. Konstitusiya isə vətəndaş cəmiyyətinin dövlətin yaradılması barədə ictimai müqaviləsi hesab olunur. Ancaq təbii ki, reallıqda bu mexanizm utopiya kimi səslənir, əslində dövlətləri elitalar yaradır, dövlətin idarəetmə mexanizmini də daxili və xarici təsirlər nəzərə alınmaqla onlar müəyyən edirlər. Bu mənada cəmiyyətin inkişaf səviyyəsi və xarici təsirlər əsas faktor kimi çıxış edir.
Tarixi reallıq ondan ibarətdir ki, dövlətlərin təşəkkür tapmasında liderlərin rolu əsas amil kimi ortaya çıxır. Bu reallıq ölkəmizin tarixindən də yan keçməyib. 1993-cü ildə Prezident seçilən Heydər Əliyev qısa zamanda milli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Heydər Əliyevin andiçmə mərasimində söylədiyi bu fikirlər həm həmin dövrü çox dəqiq xarakterizə edir həm də lider kimi üzərinə götürdüyü ağır missiyanı tam açıqlayır:"Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi.
Dövlətin yaranması və davamlılığını təmin edən əsas faktor cəmiyyət üzvlərini birləşdirən dəyərlərin mövcud olmasıdır. Bir çox hallarda bu dəyərlər süni formada elitalar tərəfindən formalaşdırılır və təbliğ olunmaqla birləşdirici funksiya rolunu oynayır. İdeologiyalar adətən dini yaxud etnik baza üzrəində formalaşdırılır və bir çox dövlətlərin əsas ideoloji bazası məhz bu iki faktor üzərində qurulub. Azərbaycanda isə xalq üçün əsas birləşdirici faktor kimi həm etnik, həm dini köklərə dayanan adət-ənənələr çıxış edir. Bir çox hallarda dini ayinlər tarixi ənənələrlə qarışdırılır və din çox zaman adət-ənənə kimi qəbul olunur. Buna görə Azərbaycan üçün tarixi adət və ənənələrin qorunub saxlanması xüsusilə əhəmiyyət daşıyır.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dini fikirlərin ixracı əsasən üç mənbədən baş verib – Türkiyə, İran və Səudiyyə Ərəbistanından. Hər üç halda ixrac olunan dini fikirlər müəyyən sosial qruplar tərəfindən qəbul olunsa da, kütləvi xarakter almayıb və ölkəmizdə mövcud olan adət-ənənə sistemi tərəfindən assimilə olunub. Bununla belə, xaricdən dini fikirlərin ixracının dövlət üçün təhlükə yaratdığını unutmaq olmaz və bu tendensiyalarla mübarizənin humanist yollarından biri dövlətin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq sayəsində mövcud olan və sosial normaların tərkib hissəsi hesab edilən adət və ənənələrinin qorunub saxlanması üçün təbliğati işlərin davam etdirilməsidir.
İstənilən halda müasir informasiya və kommunikasiya texnologiyaların inkişafı millətlər və xalqlar arasında informasiya mübadiləsini asanlaşdırır və nəticədə dövlətlər arasında mövcud olan sərhədlər get-gedə artıq formal xarakter daşımağa başlayır. Qarşılıqlı informasiya mübadiləsinin intensivləşməsi ayrı-ayrı xalqlara xas olan mədəni özünüidentifikasiya elementlərinin çözələnməsinə gətirib çıxarır. Hər bir dövlət bu reallığı nəzərə almalı, vahid informasiya məkanının formalaşdığı bir dövrdə labüd yol kimi demokratikləşmə və liberalizmə doğru irəliləməlidir. Bununla bağlı Azərbaycanın dövlət olaraq tutduğu yol regional reallıqlar baxımından kifayət qədər mütərəqqi hesab oluna bilər. Azərbaycan zamanın tələbi və cəmiyyətin inkişaf tendensiyasına uyğun olaraq dövlətçiliyin qorunması şərtilə demokratik inkişaf yolunda irəliləməkdədir. Ancaq qloballaşma xalqlara məxsus, onları digər xalqlardan fərqləndirən, xalqın unikallığını təmin edən mədəni irsin get-ged itirdiyi üçün müasir dövrdə Azərbaycan mədəniyyətinin özənəməxsusluğunun qorunub saxlanılmasının əhəmiyyəti artır.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyətinimizin təbliği sahəsində gördüyü işlər bu mənada xüsusi əhəmiyyət daşıyır. Mədəniyyətin təbliğatının müasir dövrdəki əsas mahiyyəti ondan ibarətdir ki, xalqımıza məxsus ayrı-ayrı mədəniyyət nümunələrinin brendləşdirilərək xalqımıza mənsubluğunu dünya ictimaiyyətinə aşılamaqdır. Bu halda, müasir qloballaşma şərtləri altında qlobal informasiya mübadiləsi mədəni irsin itməsinə deyil əksinə təbliğat yolu ilə qəlibləşməsinə gətirib çıxarır.
Müasir mərhələdə Azərbaycanın dövlətçiliyi, dövlətçiliyin qorunub, saxlanması ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın dövlətçiliyinin qalmasını təmin etdi və bu baxımdan yanaşdıqda müasir dövrdə dövlətçiliyin məhz onun açdığı cığırla inkişafı ən mütərəqqi yol hesab oluna bilər. Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulmuşdu: birincisi, xalqın ona olan inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, onun xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi.
Tofiq Vahid
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.8
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)