Əbədi mövzu - RAMİZ GÖYÜŞOV YAZIR

02 Dekabr 2021, 10:22
02 Dekabr
2021
10:22
569
30 il həsrət qalmışdıq Qarabağa. İçimizdə bir Qarabağ nisgili dilimizdə bir Qarabağ ağısı, qəlbimizdə bir Qarabağ dərdi yuva salmışdı. Bu otuz ildə Qarabağ adında minlərlə şeirlər, ağılar, bayatılar, oxşamalar, əsərlər yarandı. Musiqilərimiz Qarabağ üstündə kökləndi. Cümləmizin mübtədası da, xəbəri də Qarabağ oldu. Arzularımızın ünvanı oldu Qarabağ.
Toy-düyünlər, nişanlar, yubileylər, görüşlər Qarabağ ünvanı ilə təxirə salındı. Nə niyyət tutduqsa onun bir ucunu Qarabağla bağladıq. Hamımız Qarabağlı olduq. Nəhayət 2020-ci il noyabın 10-da bu həsrətin sonu bitdi. Artıq bir ildir ki, Qarabağın vüsalına qovuşuruq. Cənab Ali Baş Komandan İlham Əliyevin ağlı, düşüncəsi, bacarığı, istedadı, qətiyyəti, cəsarəti və iradəsi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağlı günlərimizi yaşayırıq. Vüsal bizə çox baha başa gəldi. Bu yolda biz 2914 şəhid verdik. Sağlamlığını itirmiş əsgərlərimiz minlərlədir. Nə qədər insan ömrü, insan taleyi yarımçıq qaldı, arzular, ümidlər qırıldı, minlərlə ananın gözü yaşlı, qızlarımız nişanlı, uşaqlarımız atasız qaldı. İndi mülki həyatını yaşayan əsgərimiz o çətin, həyacanlı həm də şərəfli günlərin qorxusunun, həyəcanının, həm də sevincinin təsiri altındadır. Azərbaycan əsgəri himnimizdə deyildiyi kimi: ".. hərə bir qəhrəman oldu”. Qəhrəman Azərbaycan əsgəri Vətənin bir çağırışı ilə "Can verməyə hazır, qan tökməyə qadir” olduqlarını misilsiz bir mərdliklə nümayiş etdirdilər. Bu 44 gündə övladını itirən ata-ana da, həyat yoldaşını-nişanlısını itirən qız-gəlinlərimiz də, atalarını itirən balaca fidanlarımız da, bir sözlə əziz və doğmalarını itirən hər kəs "Vətən sağ olsun” dedi. Nəhayət ki, müqəddəs müharibə müqəddəs qələbə ilə yekunlaşdı.
İndi bizim borcumuz hər bir şəhidimizin, qazimizin, əsgərimizin, qəhrəmanlığını bütün dünyaya çatdırmaq, onların rəşadətini tərənnüm, etmək haqqında şeirlər, hekayələr, povestlər, romanlar, musiqilər yazmaq, əsərlər yaratmaq, onları yaşatmaqdır. Bizi həm də Qarabağa Böyük Qayıdış, böyük quruculuq işləri gözləyir. Müqəddəs müharibənin sonu Bizi Qarabağda böyük quruculiq işlərinə səsləyir. Bu işlərdə də hər kəs rəşadət göstərməlidir.
Ədəbiyyatımız, poeziyamız, mədəniyyətimiz tarixin bütün dönəmlərində dövrünün ağrı-acıları ilə yaşayıb, nəfəs alıb, zamanın çağrışlarına səs verib. Şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, sənət adamlarımız özlərinin ən qiymətli əsərlərini qəhrəmanlarımıza həsr ediblər. Hesab edirəm ki, indi də belə olacaq.
Prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Əsgəri hər bir yazara, hər bir yaradıcı insana bitib-tükənməyən əbədi mövzu verib, geniş üfüqlər, yeni meydan açıb.
Düşünürəm ki, Qarabağ mövzusu, Möhtəşəm Qələbəmiz, Şuşanın fəthi, Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı, Qarabağda aparılacaq böyük quruculuq işləri Azərbaycanın şairinə, yazıçısına, rəssamına, bəstəkarına, bir sözlə yaradıcı insanına bir coşqu, yeni ruh və enerji vermişdir.
İndi səngər və meydan yaradıcı insanlarımızındır. Xalqımız Sizdən möhtəşəm əsərlər gözləyir. Uğurlar sizə.
Ramiz Göyüşov
AYB-nin üzvü
Xəbər lenti
-
15:04Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
17:09Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
17:09Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
-
15:47Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
13:57Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"
-
13:53“YAY FEST” YARADICI GƏNCLƏRİ BİR ARAYA TOPLADI
-
11:49SON DƏQİQƏ: Qeyri-qanuni erməni silahlıları mövqelərimizi atəşə tutdu, ŞƏHİDİMİZ var - RƏSMİ
-
11:10Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh
-
11:07Agentliyin BP Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub
-
17:45Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir - RƏY
-
14:30“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın yekun tədbiri keçirilib - FOTOLAR
-
13:40KONFUTS ATASINA QARŞI…
-
13:21Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR
-
15:46Zirvəyə açılan qapı – SkyHome yaşayış kompleksi!
-
11:521 avqust – Əlifba və Dil Bayramı günümüz - QƏNİRƏ PAŞAYEVA YAZIR
-
16:43“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib
-
13:20Deputat Şahlıq kəndində seçicilərlə görüşüb
-
13:17Lerik rayonunda kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib
-
13:13Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!
-
13:01İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlib keçirilib - FOTO
-
11:07“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub
-
09:53Adil Əliyev: Vətəndaşlarla sıx təmas, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır
-
09:49Deputat Ramil Həsən seçiciləri qəbul edib -FOTO
-
18:54Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb
-
18:23Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN
-
17:13Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”
-
11:16“Siyasi partiyalar haqqında” yeni qanun...
-
10:49Əli Nağıyev: “Xüsusi xidmət orqanları tərəfindən hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq”
-
16:11İlk dəfə 300-dək hüquqşünas tələbənin iştirakı ilə 1 aylıq Yay Məktəbi təşkil olunur
-
19:56“Azərbaycan-Türkiyə Müəllimlərinin Yay Düşərgəsi”ndə mədəniyyət gecəsi keçirilib
-
18:21Gənclər dini radikalizm və ekstremizmə “yox” deyir-İGİB layihəsini yekunlaşdırıb - FOTOLAR
-
16:57Hüquqşunaslarla bağlı iş elanı: VAKANT YERLƏRİN SİYAHISI
-
22:20MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirilib
-
23:34Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb
-
20:25Azərbaycan-Gürcüstan münasibətlərinin 30 illiyi ilə bağlı konfrans keçirilib
-
19:54Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə tədbir keçirilib
-
16:46Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib - FOTOLAR
-
16:37"Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü başa çatıb
-
13:46ƏN BÖYÜK GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞLADI
-
12:15Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş tədbir keçirilib
06 Avqust 2022
03 Avqust 2022
02 Avqust 2022
01 Avqust 2022
30 İyul 2022
29 İyul 2022
28 İyul 2022
27 İyul 2022
26 İyul 2022
25 İyul 2022
23 İyul 2022
22 İyul 2022
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
MƏDƏNİYYƏT, SOSİAL
Qənirə Paşayeva “Texnofest"də “Hər uşaq bir çinardır” layihəsinin təqdimat mərasimində çıxış edib
-
MƏDƏNİYYƏT, SOSİAL
Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə sərgi keçirilib
-
MƏDƏNİYYƏT, SOSİAL
Mən də sizinlə yaşlandım - Aybəniz Haşımova yazır...
-
MƏDƏNİYYƏT, SOSİAL
Əbədi mövzu - RAMİZ GÖYÜŞOV YAZIR