“ƏBƏDİYYƏTƏ QOVUŞANLAR” kitabının təqdimatı keçirilib

01 aprel 202022-ci il tarixd Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımıı ilə, "İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyi tərəfindən "Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsi çərçivəsində hazırlanaraq nəşr olunmuş, Binəqədi şəhidlərinə həsr olunan ”Əbədiyyətə Qovuşanlar” kitabının təqdimat mərəsimi keçirilmişdir.
Tədbirdə Şəhid ailələri, Azərbaycan Respublikasının Qeyri-Hğkumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Binəqədi Rayon İcara Hakimiyyətinin, Binəqədi rayon ictimaiyyətinin, KİV-in nümayəndələri və "İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyinin İdarə Heyətinin üzvləri ştirak edirdi.
Tədbiri giriş sözü ilə " İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyinin İdarə Heyətinin sədri Kənan Tağızadə açdı.Şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kənan Tağızadə çıxışına davam edərək tədbirin mahiyyətini iştirakçıların diqqətinə çatdırdı. O qeyd etdi ki, 44 günluk Vətən müharibəsində Azərbaycan Ordusu Cənab Ali Bağ Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanmışdır. Vətən müharibəsində ordumuz 3 minə yaxın şəhid vermişdir. Həmin şəhidlərin 71 nəfəri Binəqədi rayonunda yaşayan və eləcə də faktiki olaraq Binəqədidə yaşayıb digər rayonlardan səfərbər olunan şəxslərdir.Şəhidlərimizi tanımaq və tanıtmaq üçün, eləcə də şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə ötürmək üçün belə bir toplu hazırlamaq qərarına gəldik. Təşəbbüsümüz barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müraciət etdik. Agentlik təşəbbüsümüzü dəstəklədi və biz dərhal işə başladıq. Budur kitab hazırdır və indi kitabın təqdimatına yığışmışıq.
Kənan Tağızadə sonra sözü kitabın ideyasının və ön sözün müəllifi Ramiz Göyüşova verdi:
...İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Qarabağ müharibəsi zamanı "torpaq”, "Vətən”, "bayraq”, "igidlik”, "vətənpərvərlik”, "dostluq”, "milli həmrəylik” kimi dəyərlərin xalqın dünya görüşündə xüsusi yer tutduğunun bir daha şahidi olduq. 2016-ci il Aprel döyüşləri bizim Şanlı Qələbəmizə gedən yolun başlanğıcı oldu. 27 sentyabr 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə əks-hücum əməliyyatına - Zəfər yürüşünə başladı. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfər kim yazıldı. Bu Zəfərin qazanılmasında minlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Bütün cəsur oğullar kimi Binəqədi rayonunun gənc, cəsur, qəhrəman oğulları da 44 günlük Vətən müharibəsində şücaət göstərərək öz canlarını torpaq uğrunda qurban verdilər. Onlar öz qəhrəmanlığı, mübarizliyi və rəşadəti ilə Azərbaycanımızı dünyada tanıtdılar.
...İndi bizi Vətən müharibəsindəki tarixi qələbəmizdən ilyarıma yaxın vaxt ayırır. Gənclərimizin hazırladığı toplu artıq hazırdır. Bu toplu artıq şəhidlərimizin doğmalarına paylanmışdır. İndi şəhidlərimizin ailə üzvləri və hər bir oxucu kitabı varaqladıqca bu işin nə qədər çətin, çətin olduğu qədər də kövrək, xeyirxah və müqəddəs bir iş olduğunu hiss edəcəkdir...
Bu toplunu hazırlayanda nələrin şahidi olduq: İlk növbədə şəhidlərimizin ailə üzvlərində ən əziz varlığını itirmiş ananın, atanın, övladın, bacının, qardaşın içində bir böyük kədərlə yanaşı, həm də müqəddəs bir savaşda, müqəddəs bir Zəfərin sevinc hisslərini duymamaq mümkün deyildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Əsgəri 30 illik həsrətə son qoymuş, torpaqlarımızı yağı düşməndən azad etmiş, ordumuz zəfər çalmışdı.
Biz Azərbaycan Əsgərinin bu igidliyindən, qəhrəmanlığından, rəşadətindən nə qədər danışsaq da, yazsaq da, nə qədər yüksək dəyər versək də, azdır. Şəhidlərimizin hər biri Vətənimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, düşmənin cavabını vermək üçün canlarından keçməyə hazır idilər.Necə ki, keçdiləır.
Bu toplunu hazırlayanda biz əbədiyyətə qovuşan bu mələklərdə Vətənə böyük məhəbbətin, Azərbaycan bayrağına sonsuz sevginin və bir də Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimova, Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimov və Qarabaağ uğrunda canlarını qurban vermiş digər qəhrəman oğullarımıza pərəstişin şahidi olduq.
Zaman keçəcək, illər bir-birini əvəz edəcək dünya yenə də boşalıb dolacaq, bu dünyaya yeni-yeni insanlar gələcək, ancaq şəhidlərimizin qəhrəmanlığı, igidliyi dastan olacaq, dildən-dilə, eldən-elə, nəsildən-nəsilə keçəcək və əbədiyyətədək yaşayacaq. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişkən, "bu qəhrəmanların hər biri haqqında mütləq dastanlar yazılacaq”,amma bu toplu şəhidlərimizin həyatını, döyüş yolunu, qəhrəmanlığını öyrənmək istəyənlər üçün onların ömür yoluna işıq salan bir qiymətli, mənbə kimi yadaşlarda qalacaqdır.
Tədbirdə çıxış edən kitabın redaktoru , filologiya elmləri doktoru, professor Rüstəm Kamal kitabın redaktəsi zamanı keçirdiyi hiss və həyacanlarından danışdı. O qeyd etdi ki, indiyə qədər professional fəaliyyətində yüzlərlə kitabın redaktoru olub, onlara ön söz yazıb . Ancaq heç vaxt bu qədər həyacanlı olmayıb. Kitab son dərəcə kövrək notlarla tərtib olunub və hər bir şəhid haqqqında yazılmış, hazırlanmış material sanki canlıdır və onu həyacansız oxumaq mümkün deyil.
Tədbirdə Binəqədi RİH başçısı aparatı, şəhid ailələri və qarabağ ılilləri ilə iş şöbəsinin əməkdaşı Rəhman Qəhrəmanov çıxış edərək, belə bir toplunun hazırlanmasının təqdirəlayiq bir iş olduğunu bildirərək kitabın nəşrində əziyyəti olanların hər birinə təşəkkür etdi, nəşrin şəhid ailələri üçün maraqla qarşılanacağına əmin olduğunu bildirdi və şəhid ailələrinə səbrlər dilədi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul işçisi Ülkər Süleynaova şıxış edərək Agentliyin xətti ilə maliyyələşdirilən tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizin bu tədbirlər sirasında mühüm yer tuduğunu, bu baxımdan "İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyi tərəfindən "Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsinin bu istiqamətdə uğurlu bir layihə olduğunu qeyd etdı. Hazırlanmış toplaunun yüksək keyfiyyətlə hazırlandığını, onun şəhidlərimizin adına layiq olduğunu və şəhid ailələrinin bəyənəcəyinə əmin olduğunu bildirdi və şəhid ailələrinə səbrlər dilədi.
Trədbirdə iştirak edən şəhid ailələrindən "Rəşadət Ordenli” polkovnik –leytenant Yaşar Sadıqovun həyat yoldşı Nişanə Sadıqova, Vətən müharibəsinin yaganə qadın şəhidi Arəstə Baxışovanın anası Məktubə xanım, "Vətənə xidmətlərə görə” ordeni ilə təltif olunmuş pilot-mayor Abbas Qasımovun anası Kifayət xanım Abbasova, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov, şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım, Şəhid Teymur Zeynalovun atası Tağı Zeynalov çıxış edərək şəhidlərlə bağlı xatirələrini bölüşdülər. Kitabın tərtibatı və nəşrində əziyyəti olanlara və kitabın işıq üzü görməsi üçün maliyyə yardımı göstərən Azərbaycan Respublikasının Qeyri-Hğkumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirdilər. Kttabın təqdimatının təşkili ilə əlaqədar, habelə digər məsələlərlə əlaqədar öz arzu və istəklərini, həmçinin irad və təkliflərini səsləndirdilər.Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhaliyə Sosial Xidmət Dövlət Agentliyinin 2 nömrəli filialının müdiri Cahandar Axundov və kitabın həmmüəlliflərindən Vüsalə Fətullayeva çıxış edərək öz təəssüratlarını bölüşdülər.
Tədbirə yekun vuran "İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyinin İdarə Heyətinin sədri Kənan Tağızadə tədbirdə iştirak etdiklərinə görə şəhid ailələrinə dərin təşəkkürünü bildirdi. Eyni zamanda layihənin uğurla həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə, həmçinin tədbirin keçirilməsində şərait yaratdığına görə Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini bildirdi.





Xəbər lenti
-
10:39“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
-
01:00"RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ
-
14:42“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA
-
13:22Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib
-
12:20Gündəlik 13 manata mənzil sahibi ola bilərsiniz – Xəzər İnşaat
-
10:58Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”
-
10:29Deputat Çiyni kəndində seçicilərlə görüşüb
-
16:56Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
-
16:52Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb
-
16:16Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
-
14:28Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
-
21:39Vüsal Quliyev: Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram
-
12:32Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
-
15:48“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
MƏDƏNİYYƏT
Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
MƏDƏNİYYƏT
Bakıda "Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu" keçiriləcək
-
MƏDƏNİYYƏT
Bərdə Regional Mədəniyyət İdarəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirir
-
MƏDƏNİYYƏT
Bərdədə “Şuşa İli” çərçivəsində tədbir keçirilib
-
MƏDƏNİYYƏT
Qənirə Paşayevanın dəstəyi ilə rəssam Rövşən Bayramovun fərdi sərgisi keçirilib
-
MƏDƏNİYYƏT, SOSİAL
Qənirə Paşayeva “Texnofest"də “Hər uşaq bir çinardır” layihəsinin təqdimat mərasimində çıxış edib
-
MƏDƏNİYYƏT, SOSİAL
Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə sərgi keçirilib
-
GÜNDƏM, MƏDƏNİYYƏT
Qənirə Paşayeva Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında çıxış edib