Ədliyyə orqanları ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq gənclərlə komplektləşdirilir
13 Sentyabr 2022, 00:32
13 Sentyabr
2022
00:32
376
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu dövlət gənclər siyasəti həyata keçirilərək ölkəmizdə müasir dünyagörüşlü, vətənpərvər yeni nəsil formalaşıb. Gənclərin ictimai-siyasi həyatda fəallığı artır, onlar dövlət idarəçiliyində geniş təmsil olunurlar.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında da hazırlıqlı, müasir düşüncəli gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir, bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir.
Nazirlik tərəfindən həmçinin, penitensiar və tibb xidmətlərinin kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu sahədə ölkəmizin və xarici dövlətlərin ixtisaslaşmış təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq nazirlik üçün gənc kadrlar hazırlanır.
Bu istiqamətdə görülən işlər nəticəsində bu günədək 3.300 nəfərə yaxın şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunub. Onlar nazirlik üzrə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, peşəkar inkişafları və layiqli dövlət qulluqçusu kimi formalaşmaları təmin olunur, keçən müddətdə 230-dan çox hazırlıqlı ədliyyə işçiləri ali və digər dövlət orqanlarında məsul vəzifələrə irəli çəkiliblər, hakim adına layiq görülüblər.
Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, nazirliyin bir çox xidmətlərinin kadr korpusunun 70 faizə qədərini isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri təşkil edir.
Bu günlərdə ədliyyə orqanlarında stajorluq və sınaq müddətini uğurla başa vurmuş şəxslərin daimi qulluğa, Penitensiar xidmətdə kiçik rəis heyətində çalışaraq fərqlənən növbəti bir qrup əməkdaşların orta rəis heyəti (zabit) vəzifələrinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin builki məzunlarının işə təyinatları aparılıb.
Böyük əksəriyyətini gənclər təşkil edən yeni təyinat alan 76 nəfər əməkdaşla ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.
Tədbirdə çıxış edən ədliyyə naziri ümummilli lider Heydər Əliyevin müstəqilliyinə əbədi həyat verdiyi müasir Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin liderliyi ilə davamlı tərəqqisi və qüdrətlənməsi nəticəsində Vətənimizin ərazi bütövlüyünün bərpa edildiyini xüsusi vurğulayıb.
Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin əldə olunmasında önəmli rolundan, o cümlədən ədliyyə işçilərinin də cəbhəyə yollanıb döyüşlərdə mərdliklə iştirakından danışıb, yeni təyinat alan şəxslər sırasında müharibə iştirakçılarının və onların ailə üzvlərinin olmasını qeyd edib.
Bildirilib ki, işğaldan azad edilmiş doğma torpaqlarımız bu gün dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə möhtəşəm quruculuq işləri aparılmaqla sürətlə bərpa olunur və Böyük Qayıdışın təzahürü olaraq soydaşlarımız artıq öz dədə-baba yurdlarına dönürlər.
Şərqi Zəngəzurda inşası başa çatan Zəngilan Beynəlxalq Hava Limanına elə bu günlərdə AZAL-ın ən böyük sərnişin təyyarəsinin birinci uğurlu enişi olub.
Tədbirdə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib, əhaliyə göstərilən innovativ ədliyyə xidmətlərinə toxunularaq onların azad edilmiş ərazilərimizdə də müasir texnologiyalar tətbiq edilməklə səyyar qaydada təşkil edildiyi qeyd olunub.
Eyni zamanda əhalinin hüquqi biliklərinin artırılması, qanunvericilikdəki yeniliklərlə daha əlçatan və rahat tanış olması məqsədilə hüquqi aktların vahid elektron bazasının (e-qanun.az) mobil tətbiqinin yenicə istifadəyə verildiyi və geniş ictimai təqdimatının keçirildiyi bildirilib.
Nazir gənclərin ədliyyə idarəçiliyində yaxından iştirakına hər cür şərait yaradıldığını bildirərək dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını ədliyyə işçilərinin diqqətinə çatdırıb. Onlara dövlətçilik ənənələrinə hər zaman sadiq olmaları, bilik və bacarıqlarını inkişaf etdirərək xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib, uğurlu fəaliyyət arzulayıb.
Çıxış edən gənclər Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, Vətənimizin tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını bildirib, onlara göstərilən etimadı doğrultmaq üçün vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Yeni təyinat almış işçilərə ilk xüsusi rütbələrin poqonları və xidməti vəsiqələr verilib.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR