“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
16 Fevral 2023, 17:14
16 Fevral
2023
17:14
291
Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi "Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib. Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və digər istiqamətlərlə bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verməkdir. Təlim-seminarda AMEA-nın nazirliyin tabeliyinə verilən elmi müəssisə və universitetlərinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan danışıb. O bildirib ki, bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir. Jurnalistlərin peşəkarlığının artırılması istiqamətində Agentliyin həyata keçirdiyi işlərdən bəhs edən Əhməd İsmayılov müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlərin təşkil olunduğunu, media savadlılığının artırılması üçün də vacib addımlar atıldığını diqqətə çatdırıb.
Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında qeyd edib ki, nazirliyin tabeliyindəki müəssisələrin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Nazir müşaviri əlavə edib ki, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb. Yaxın zamanlarda nazirliyin tabeliyindəki elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də öz növbəsində bildirib ki, bu gün əsas məsələ elmin populyarlaşdırılmasıdır. İnformasiyaların daha çox fakta yönləndirilməsi, yanlış məlumatların verilməməsi olduqca vacibdir və elmin cəmiyyətlərdə təbliği üçün ciddi addımlar atılmalıdır.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev sözügedən təlim-seminarın təşkilindən məmnunluğunu ifadə edib. Rasim Əliquliyev nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsi və kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib.
Təlim-seminarın davamında Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" kommunikasiya və konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçi Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", təlimçi Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər.
Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub