Əhməd İsmayılov: “Vətən müharibəsi dövründə çoxsaylı kiberhücumların qarşısı müvəffəqiyyətlə alınıb"
"Vətən müharibəsi dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb”.
Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İKT hər gün həyatımıza daha geniş daxil olur, müxtəlif sferalarda qarşılıqlı əlaqəni asanlaşdırır:
"Bununla yanaşı, "virtual reallıq” eyni zamanda real həyatda mövcud olan mənfi elementlər: dələduzluq, cinayətkarlıq, zorakılıq halları virtual dünyaya da proyeksiyalanır və spamlar, viruslar, fərdi məlumatların ələ keçirilməsi, şantaj, kibercinayətkarlıq, kiberterrorizm kimi bütün dünyanın birgə mübarizə aparmaqla minimallaşdırılması mümkün olan təhdidlər yaranır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrin və medianın potensialından peşəkarcasına istifadə etməsi düşmənin ölkəmiz ətrafında informasiya vakumu yaratmasına imkan vermədi. Bu jurnalistlər, ümumiyyətlə isə hər bir Azərbaycan vətəndaşı üçün dəyərli nümunədir”.
Ə.İsmayılov qeyd edib ki, kiberfəzada sərhədlər və məhdudiyyətlər yoxdur, kibertəhdidlər istənilən yerdə baş verə və qısa müddət ərzində böyük ziyan vura bilərlər:
"Buna görə də İKT-nin istifadəsi zamanı inamın və təhlükəsizliyin yüksəldilməsi dünya ictimaiyyəti üçün ən aktual məsələlərdən birinə çevrilir.
Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi problemlərinə baxıldıqda bir-biri ilə qarşılıqlı əlaqəli hərbi-siyasi, kriminal və terror xarakterli üç növ təhdidin olmasından çıxış etmək lazımdır. İKT-ni təkcə hər hansı qanun pozucusu, cinayətkar qruplar, terrorçu və ekstremist təşkilatlar deyil, hətta dövlətlər də siyasi, iqtisadi və hərbi məqsədlərlə istifadə edə bilərlər. Bu yolla örtülü təcavüz həyata keçirərək milli, regional və qlobal səviyyədə təhlükəsizlik təhdidləri yaradırlar. 44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq. 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi.
İşğalçı üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillərin iftixar mənbəyi olaraq qalacaq”.
MEDİA-nın İcraçı direktoru vurğulayıb ki, informasiya müharibəsi, psixoloji qarşıdurma, hibrid müharibə kimi yeni termin və anlayışlar ənənəvi müharibə barədə təsəvvürləri xeyli dəyişdirib:
"Bu gün xüsusi texnologiyaların köməyi ilə dövlətlərin ordusuna və əhalisinə təsir göstərmək imkanları mövcuddur. Eləcə də öz məlumat qaynaqlarını, əhalini düşmənin psixoloji təsirindən etibarlı qorumaq informasiya müharibəsində önəmli vəzifə sayılır. Hərbi əməliyyatlar zamanı ən vacib məqamlardan biri öz məlumat mənbələrini düşmən təsirindən qorumaq idi və Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı. Müharibə dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb. Ümumiyyətlə, Ermənistan tərəfi, onları himayə edən xarici media mənsubları və sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi günlərində yüzlərlə belə saxta xəbərlər yaysa da, bunların çoxu məharətlə təkzib edilirdi. Bütün bunlar bir daha göstərir ki, informasiya müasir münaqişələr və müharibələr dövründə yetərincə böyük rol oynayır və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”./report
Xəbər lenti
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
Digər xəbərlər
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib