"Çək, Fərmayıl, çək" - Anar YUSİOĞLU YAZIR
08 Dekabr 2022, 17:09
08 Dekabr
2022
17:09
395
Dünən sosial şəbəkələrdə, onlayn mediada bir trend yarandı: Çək, Fərmayıl, çək! İllər sonra ilk dəfə hadisə yox, onu çəkən jurnalist gündəmə gəlirdi. Qabıq dəyişən jurnalistika neçə vaxtdı ki, belə hala tamarzıydı. Qan itirən jurnalistikaya can verildi bununla.
Hər fəsildə yada salınan bir ifadə var – xaricdə çıxış edə biləcək, xarici dilli jurnalist yetişdirə bilməmişik. Amma bir dünənki hadisə göstərdi ki, sabahımız üçün təsəllimiz olan gənclər var və bəlkə də az deyil. Onlara şərait yaradılmalıdır. Çünki bu gün sabah dünən olacaq. Dünənimizin şərəfi isə həm də bu gündən keçir.
Xəbərin yox, jurnalistlərin tıxacındayıq bu gün. Hərənin cibində bir vəsiqə, klaviaturasında ən azından bir sayt var. Amma xəbər yaradan jurnalistlərimiz də barmaqla sayılacaq qədərdir.
Zəng edib "bu əməkdaşınız kimdir?” sualını verirlər, hətta feysbukda da belə statuslara rast gəldim. Qəhrəmanlar bir hərəkətləriylə qəhrəman olurlar. Lazım olan şəraitdə lazım olan davranışı göstərmək cəsarəti insanı qəhrəmana çevirir. Qəhrəmanın hər kəsdən fərqliliyi də məhz bununla təsbitlənir. Fikrətin nəzəri bilikləri, mətbuatda qazandığı təcrübə məhz bu dövrdə özünü tam, həm də peşəkar şəkildə ortaya qoydu.
Fikrət xəbər müdiridir, prezidentin xarici ölkələrə səfərini işıqlandırıb. Onda da peşəkar davranırdı. İndi Qarabağdadı və yenə eyni peşəkarlığı nümayiş etdirir.
Bəzən kreslonun çaşdırdığı adamlar olur. Amma kreslo adamı yox, adam kreslonu dəyərə mindirəndə uğurlu olur. Sənin adını hər yerə yaza, fərqləndirə bilərlər. Lakin sənin yerinə heç kim bacarıq nümayiş etdirə bilməz. O ancaq özündən asılıdı. Fikrət dünən xəbər müdiri olmasının halallığını isbat etdi. Fikrət isti kabinetdə oturub "evdən” də işləyə bilərdi. Amma o xəbəri özü izlədi, özü yaratdı.
Rusiya sülhməramlılarının öz səlahiyyətlərini aşaraq, jurnalistlərimizi Azərbaycan Respublikasının suveren ərazilərinə buraxmamalarına Fikrət Doluxanovun etirazı və müqaviməti, istər vətəndaşlıq mövqeyi, istərsə də peşəkarlıq nümunəsi kimi təqdirəlayiqdir. Fikrət emosiyadan uzaq, tutumlu və peşəkar davranışı, eləcə də ətrafında baş verənlərə soyuqqanlı, arqumentli reaksiya verməklə yanaşı işinə konsentrasiya olmaq məharəti ilə müasir Azərbaycan jurnalistinin gizli qalan mahiyyətini, gerçək obrazını nümayiş etdirməyi, yeni bir presedent yaratmağı bacardı. Onun "bizimkilərə xəbər verin” və "Çək, Fərmayıl, çək” sözləri də məhz peşəkarlıq nümunəsi kimi qiymətləndirilməlidir. "Çək, Fərmayıl, çək”- yəni ətrafımızda nə baş verirsə versin, biz öz işimizi görməliyik, xarakter və əzmkarlıq nümayiş etdirməliyik və təbii ki, BİZİMKİLƏRİ "onlar”ın qanunsuz əməlləri barədə məlumatlandırmalıyıq.
Nəyə ilişirlər? Fikrət rusdilliymiş... Dünənə kimi xarici dildə danışmağı bacaran mətbuat işçilərinin sayının azlığından gileylənirdiniz bəs. Pisiydi bəyəm Fikrətin rus dilində rus sülhməramlısından daha yaxşı, səlis danışıb onu utandırması? Və ya siz kimin "əmisi oğlu"sunuz, cənab birdillilər? Sizə pis bir xəbərim var. Fikrətin rus diliylə yanaşı ingiliscəsi də ana dili səviyyəsindədir. Ən əsası isə odur ki, Fikrət həm vətənini, həm dövlətini, həm də işini heç kimdən az sevmir.
Fikrət dünən hadisə rayonunda işləmək nümunəsini yada saldı və hətta dirçəltdi də. Sülhməramlıların müşayiəti ilə gəzmədi, onlar üçün ölkəmizin sərhədlərinin rəsmini çəkdi və sayı bilinməyən siyasi şərhçilərin aylarla dediyini bir gündə göstərdi. Bu Fikrətin yox, jurnalistikanın uğurudu.
Fikrət təkcə dil bilgisiylə yox, səbriylə, savadıyla fərqli olduğunu nümayiş etdirdi. Çünki o özünə və gördüyü işin doğruluğuna inanır.
Fikrətin yerində olmaq istəyənlər çox olacaq. Bundan sonra onu təkrarlayanlar da, təqlid edənlər də tapılacaq. Amma Fikrət öz işində olacaq. Dəyişməyəcək, "mən-mən” deməyəcək, öyrənəcək, öyrədəcək və irəli gedəcək.
"Bu əməkdaşınız kimdi” sualından danışmışdım, bu suala ən yaxşı cavabı isə Fikrətin özü verdi: Çək, Fərmayıl, çək!
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV