Ekologiya və təbii sərvətlər naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Kürdəmirdə vətəndaşları qəbul edib
7NEWS.az xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 15 aprel 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. 
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Kürdəmir rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Rayon gənclərinin iştirak etdiyi ağacəkmə aksiyasına nazir Muxtar Babayevlə yanaşı rayon İcra hakimiyyətinin başçısı Elxan İbrahimov da qoşulublar.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 
Shushapost.Az

Xəbər lenti