Ekoloji yönümlü QHT-lər meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına MÜRACİƏTİ edib

09 Sentyabr 2022, 17:03
09 Sentyabr
2022
17:03
368
09 sentyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı tədbiri keçirilib.
Ölkə QHT-lərinin çoxsaylı müraciəti əsasında təşkil olunan tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Agentliyin əməkdaşları, ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir. Yaşıllıqların yanması nəticəsində flora və faunaya ciddi ziyanlar dəyir. Təəssüf ki, son illərdə yay aylarının isti və quraqlı keçməsi cari ildə də müşahidə edilmiş və vəziyyətin bu şəkil alması meşə massivlərində yanğın ocaqlarının yaranması üçün əlverişli şərait yaratmışdır. Bunun nəticəsidir ki, son aylar ölkənin müxtəlif bğlgələrində meşə yanğınlar baş vermiş və, təəssüf ki, həmin yanğınlar qısa zaman kəsiyində əsasən söndürülsə də onların nəticəsində flora və faunaya dəymiş ziyanın aradan qaldırılması uzun müddət tələb edir.
Eyni zamanda beynəlxalq təcrübə onu göstərir ki, aidiyyəti icra strukturlarının istər meşə yanğınlarının baş verməsinin qarşısının alınması, istərsə də artıq baş vermiş yanğınların fəsadlarının aradan qaldırılması istiqamətində səyləri bu prosesdə cəmiyyətin geniş təbəqələrinin, xüsusilə də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə müsbət nəticələr verir. Bunu nəzərə alan və müxtəlif icra hakimiyyəti strukturlarının yanğınların qarşısının alınması istiqamətində fəaliyyətini yüksək qiymətləndirən ekoloji yönümlü qeyri-hökumət təşkilatları ölkə ərazilərində baş verən meşə yanğınları ilə əlaqədar narahatçılığını ifadə edir, meşə yanğınları ilə mübarizədə dövlətin yanında olduğunu bildirir və cəmiyyətin bütün təbəqələri kimi vətəndaş cəmiyyəti üzvlərinin də bu prosesdə aktiv olmağa çağırır.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri – Amin Məmmədov, Pərvanə Xıdırova, Qorxmaz İbrahimli, Sevil Yüzbaşeva, Qəmzə Yusubova, Rahilə Mehtiyeva, İradə Həsənova, Səlim Balayev, Xanoğlan Əhmədov, Nadir İsmayılov, Telman Məmmədov, Sevinc Fədai, Aynur Zülfüqarova Azərbaycan Respublikasında ekoloji tarazlığın qorunması və vətəndaşların sağlam ətraf mühitdə yaşamasının təmini üçün daima çalışdıqlarını, bu prosesdə də vətəndaş cəmiyyəti institutları yaxından iştirak etdiyini qeyd ediblər. Çıxışçılar meşələrin təbii sərvət olduğunu bir daha vurğulayaraq vətəndaş cəmiyyəti üzvlərinin də bu sərvətin qorunmasında, bərpasında daima aktiv fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.
Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciəti səsləndirilib. E
Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına
MÜRACİƏTİ
Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində baş verən meşə yanğınları ilə bağlı narahatçılığımızı bildirir və meşə yanğınları ilə mübarizədə qeyri-hökumət təşkilatları olaraq dövlətin yanında olduğumuzu bildiririk.
Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində baş verən meşə yanğınları cəmiyyətin bütün təbəqələrir kimi vətəndaş cəmiyyəti üzvlərini də bu prosesdə aktiv olmağa vadar edir. Biz müxtəlif icra hakimiyyəti strukturlarının meşə yanğınlarının qarşısının alınması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir, bu prosesdə fəal olmaqla aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri tədbirlərə töhfə verməyə hazırıq.
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq biz, monitorinqlərin keçirilməsi, yerli əhalinin meşələrin qorunması və istifadəsi haqqında maarifləndirilməsi istiqamətində tədbirlərin təşkilində, meşələrin bərpası prosesində yaxından iştirak etməkdə maraqlıyıq və bu prosesdə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətə tam hazırıq.
Meşələr bizim təbii sərvətimizdir və biz, vətəndaş cəmiyyəti üzvləri bu sərvətin qorunmasında, bərpasında hər zaman aktiv fəaliyyət göstərməyə, bu amallar uğrunda bütün səylərimizi səfərbər etməyə, bilik və bacarığımızı bölüşməyə daima hazırıq.

Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
GÜNDƏM, SOSİAL
Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
GÜNDƏM, SOSİAL
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
GÜNDƏM, SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
GÜNDƏM, SOSİAL
“BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramına start verilib
-
GÜNDƏM, SOSİAL
17-ci Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib
-
GÜNDƏM, SOSİAL
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini elan edir
-
GÜNDƏM, SOSİAL
Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçirildi
-
GÜNDƏM, SOSİAL
GƏNCLƏR TƏŞKİLATLARİ ÜÇÜN 17-Cİ QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNUB