“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev

“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
"Terrorun bütün növləri lənətlənməlidir. Terror ümumbəşəri bəladır, təhlükədir. Terrorun sifarişçiləri, icraediciləri, təşəbbüskarları ən ağır cəzanı haqq edirlər!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Moskvada törədilən terakta münasibət bildirərkən söyləyib.

"Əlbət ki, məlum terakt planlı və xüsusi qüvvələrin birbaşa təlimatı əsasında həyata keçirilib. Onun əsas motivini, məramını isə istintaq müəyyən edəcək. Eyni zamanda ümid edirəm ki, qatillər, əli bu qədər insanın qanına bulaşanlar tez bir zamanda tam heyətlə həbs olunacaqlar və öz layiqli cəzalarını alacaqlar.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti