Elə istərdim, Arayiki mühakimə edəcək hakimin yerində olmaq...

05 Oktyabr 2023, 14:01
05 Oktyabr
2023
14:01
131
Harutunyana qədər hamısını qandallayıb gətirdilər. Bakıdadır canilər. İndi ifadələr, etiraflar bir-birinin ardınca sıralanacaq. Sensasiya hələ bundan sonradır. Qarabağı kimsənin köməyi olmadan özümüz necə işğaldan azad etdiksə, beynəlxalq təşkilatların görməli olduğu işi necə özümüz gördüksə, de-fakto hərbi tribunalı da özümüz təşkil edəcəyik.
Bir zamanlar Xocalı soyqırımı və erməni tərəfindən törədilən digər terrorlarla bağlı hüquq işləmləri haqda danışarkən, haqqımızın mütləq bərpa olunacağını söylərkən bizə yetərincə inanmayanlar vardı. Əlbət, onları da çox qınamıram. Çünki proses həqiqətən çətin idi. Amma hədəfə çatdıq. Nəhayət çatdıq. Hətta inanılmaz bir şəkildə çatdıq...
30 illik dönəmdə nələr olmadı ki. Hər şey və hər şey! Əvvəla: törədilən cinayətlərin əsas icraçıları vaxtilə Azərbaycanın yurisdiksiyasından kənarda olduqları üçün "İnterpol” nələrsə etməli idi. Amma etmədi. Həmin cinayətkarların 3-cü dövlətə gedişinə əngəl yaradılmadı. Hətta bir baxdıq ki, Avropanın 5-liyinə daxil ölkələr separatçıların "lider”lərinə viza dəstəyi göstərirlər.
Daha sonra Roma statutunun ratifikasiyası müzakirə olundu. Bilməyənlər üçün deyim ki, məlum statut 1998-ci ildə Romada yaradılan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsidir. Eyni zamanda bu statutun 2 kuryoz tərəfi var: 1) Məhkəmənin yurisdiksiyası yalnız 1 iyul 2002-ci ildən etibarən törədilən cinayətlərə şamil edilir. 2) Beynəlxalq Cinayət Məhkəməsi iddiaçı dövlətin özünü belə nəzarətə götürmə hüququna, ixtiyarına malikdir və belə olan halda onun ədalətli olacağına, əsl müqəssiri qoyub kənarda günahkar axtarmayacağına kimsənin zəmanəti yoxdur. (Zatən bu səbəbdən Çin və Hindistan kimi dövlətlər məhkəmənin fəaliyyətində iştirak etmirlər. Amerika və Rusiya isə sonradan imzasını geri çəkib: gələcəkdə öz vətəndaşları "Roma statutu”nun təqibinə tuş gəlməsin deyə.)
Xüsusi qeyd: Hazırda Ermənistan Parlamentinin Roma statutunu ratifikasiya etməsi xüsusi hal kimi qabardılır və beynəlxalq mediada xoşməramlı hadisə kimi təbliğ edilir. Əslində isə belə deyil. Ermənistan məlum addımla özünü heç şübhəsiz daha da cəncələ salacaq. Yaxşı bəs niyə belə qəfil qərar qəbul edildi? Sadə səbəbdən: Rusiyaya qarşı demarş nümayişi üçün. Qərb və Avropa da demirəm, birbaşa Fransanın tələbi ilə! Putinə meydan oxumaq səbəbi ilə...
Ardınca Kambocada yaradılan fövqəladə palataların – xüsusi məhkəmələrin alternativ perspektivləri haqda düşündük. Sonra Syerra Lione, Livan hadisələri üçün nəzərdə tutulan "Ad Hoc” tribunallarının presedenti gündəmə gəldi. Daha sonra fikirləşdik ki, bəlkə Avropa Şurası, ATƏT qeyrətə gələr, BMT barı özünə hörmət qoyaraq çıxardığı 4 qətnamənin icrasında maraqlı olar. Amma yox! Bütün ümidlər boşa getdi və nəhayətində aydın oldu ki, torpaqlarımız işğal altından azad edilməyincə, özümüz GÜC olmayınca kimsə səsimizə səs verəsi, dərdimizə çarə axtarası deyil...
İndi isə separatçıların qondarma "prezident”ləri əlimizdədir. Tam səmimi deyirəm: bu sözləri yaza-yaza belə heyrət edirəm. Özümə qəribə gəlir. Hərdən gözümü yumub-açıram. Yuxu olacağından qorxuram...
Amma tam reallıqdır: Harutunyan, Vardanyan Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. Onlar Azərbaycan Konstitusiyasını əllərinə götürəcək, düzgün ifadə verəcəkləri haqda and içəcək, dəqiqəbir "möhtərəm hakim” ifadəsindən istifadə edəcək...
Elə istərdim həmin hakimin yerində olmaq...
P.S. Kaş, şərəfsiz Balasanyan da tezliklə ələ keçə və artıq əfsanəyə çevirilən Natiqin, digər günahsız soydaşlarımızın da qisası alına. Bunu bütün varlığımla arzulayıram!
Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
SİYASƏT
Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
SİYASƏT
“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
GÜNDƏM, SİYASƏT
“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
SİYASƏT
“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
SİYASƏT
“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
GÜNDƏM, SİYASƏT
“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
GÜNDƏM, SİYASƏT
Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!