"Əli Kərimli kimi nadanların cavabı zamanında və dərhal verilməlidir"- Elşən Musayev

"Əli Kərimli yenə feysbuk statusunda başından və ağlından yekə məsləhətlər, tövsiyyələr verir. Palaz-palaz yazılar yazır, hamını səhv çıxarmağa çalışır. Bu adama kimsə desin ya da qulağına pıçıldasın ki, get özünə aid işlərlə məşğul ol. Ciddi məsələlər sənlik deyil. Sən ancaq qaraguruha və ətrafındakı anti-milli ünsürlərə istiqamət verə bilərsən. Vəssalam.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"AXCP sədri satqın və xəstə ruhda olan biridir. O heç vaxt düz və praqmatik fikirləşməyib. İşi-gücü də yalnız budur ki, ən xırda bəhanə tapan kimi hakimiyyəti "vursun”, ittiham etsin, haralarasa donos ötürsün. Bu səbəbdən belə ünsürlərin, siyasət adına qara ləkə olan nadanların cavabı zamanında və dərhal verilməlidir." - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti