“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər dövrün tələblərinə cavab verir” – DEPUTAT

“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər dövrün tələblərinə cavab verir” – DEPUTAT
"Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər tamamilə müsbət məqamları əhatə edir və burada pensiya hüququ yaranan şəxslərin mənafeyi, maraqları nəzərə alınıb” – 7NEWS.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Burada iki istiqamət əsas götürülüb. Vahid metodologiyaya keçid və elektron indeksləşmə. Birinci istiqamət onu nəzərdə tutur ki, insanlar pensiya artımları üçün əvvəl çalışdıqları işdəki maaş artımlarını gözləməsinlər. Yəni, belədə pensiyalar həm də infulyasiyaya uyğun olaraq avtomatik artacaq və eyni zamanda bir sektordakı maaş və ya pensiya artımı digəri ilə üzvi şəkildə bağlı olacaq. Elektron indeksikasiya isə müvafiq sənədlərin, arayışların əldə edilməsini asanlaşdıracaq. Daha dəqiqi, artıq maaşının nə qədər olması, nə qədər artması ilə bağlı nəyisə kiməsə sübut etməyə ehtiyac qalmayacaq. Hər şey sistemləşmiş, avtomatik qaydada öz həllini tapacaq.

Qanun layihəsinə öz müsbət səsimi verəcəm. Çünki həqiqətən də peşəkarcasına işlənilib, hazırlanıb.” – deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər lenti